Dualar

Cövşən-Kəbir duası

“Cövşən-Kəbir” ərəbcədən “böyük zireh” kimi tərcümə olunur. Duaya belə bir adın verilməsi maraqlı bir hadisə ilə bağlıdır. Döyüşlərin birində əziz İslam peyğəmbəri həzrət Məhəmməd (s) ağır və bahalı bir zireh geyinmişdi. Zirehin ağırlığından əziyyət çəkən peyğəmbərə (s) Cəbrayıl nazil olur, onu salamladıqdan sonra Allahın sözünü çatdırır: “Zirehi əynindən çıxart və bu duanı oxu. Çünki, bu dua özün və ümmətin üçün əmniyyət və təhlükəsizlikdir”. Duanın həm maddi, həm mənəvi vəziyyətə müsbət təsirləri barədə müxtəlif hədislər nəql olunub.

Dua Allah-Təalanı min adı ilə çağırmaqdan ibarətdir. Oxucunun diqqəti bütövlükdə Allaha yönəlir və Onun gözəl adlarının zikri ilahi mərifətin artmasına səbəb olur.

Ərəbcə yazılışı

Tərcüməsi

Bağışlayan və mehriban Allahın adı ilə


(1) İlahi, Səni Öz adınla çağırıram! Ey Allah, ey rəhməti sonsuz, ey mehriban, ey kərim, ey həmişəvar, ey əzəmətli, ey əzəli, ey agah, ey həlim, ey hikmətli! Necə də gözəlsən*, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(2) Ey ağalara ağalıq edən, ey çağıranlara cavab verən, ey ucaları ucaldan, ey yaxşılıqlara sahib olan, ey günahlardan keçən, ey arzuları çin edən, ey tövbələri qəbul edən, ey çağıranları eşidən, ey gizliləri bilən, ey bəlaları dəf edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(3) Ey ən gözəl əfv edən, ey ən gözəl fəth edən, ey ən gözəl yardım edən, ey ən gözəl hökm edən, ey ən gözəl ruzi yetirən, ey ən gözəl varis olan, ey ən gözəl tərif edən, ey ən gözəl yad edən, ey ən gözəl nazil edən, ey ən gözəl yaxşılıq edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(4) Ey şan-şöhrət və gözəlliyin sahibi, ey qüdrət və kamalın sahibi, ey səltənət və cəlalətin sahibi, ey böyük və uca, ey ağır buludların yaradanı, ey gücü şiddətli, ey haqq-hesabı sürətli, ey cəzası ağır, ey mükafatı gözəl, ey mərifət mənşəyinin** sahibi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(5) İlahi, Səni Öz adınla çağırıram! Ey xeyirxahlıq edən, ey xoşnud edən, ey qəzavət edən, ey sübut edən, ey hökmranlıq edən, ey razı salan, ey minnətsiz əfv edən, ey nöqsanı olmayan, ey dada çatan, ey incəliklə bəyan edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(6) Ey əzəməti qarşısında hər şeyin kiçildiyi, ey qüdrəti qarşısında hər şeyin təslim olduğu, ey izzəti qarşısında hər şeyin sönükləşdiyi, ey heybəti qarşısında hər şeyin əyildiyi, ey vahiməsi qarşısında hər şeyin əzildiyi, ey dəhşəti qarşısında dağların param-parça olduğu, ey əmri ilə göylərin ucaldığı, ey izni ilə yerlərin qərarlaşdığı, ey ildırımın həmdlə təriflədiyi, ey mülkündə haqsızlığın olmadığı! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(7) Ey abır aparmadan bağışlayan, ey bəlaları uzaqlaşdıran, ey son ümid yeri olan, ey neməti bol-bol yetirən, ey bəxşişdə əliaçıq olan, ey yaratdıqlarına ruzi verən, ey arzulara çatdıran, ey şikayətləri eşidən, ey yaradılışa həyat verən, ey əsarətdən qurtaran! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(8) Ey həmd və səna sahibi, ey qürur və ucalıq sahibi, ey tərif və şöhrət sahibi, ey əhd və vəfa sahibi, ey əfv və razılıq sahibi, ey lütf və kərəm sahibi, ey fəzilət və son söz sahibi, ey izzət və əbədiyyat sahibi, ey kəramət və səxavət sahibi, ey xeyir-bərəkət və nemət sahibi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(9) İlahi, Səni Öz adınla çağırıram! Ey mane olan, ey dəf edən, ey ucaldan, ey yaradan, ey bəxş edən, ey eşidən, ey cəm edən, ey şəfaət verən, ey genişləndirən, ey çoxaldan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(10) Ey yaranan hər şeyin yaradanı, ey var olan hər şeyin var edəni, ey ruzi alan hər şeyin ruzi yetirəni, ey sahibi olan hər şeyin sahibi, ey bütün qəmləri dağıdan, ey bütün dərdlərə dərman qılan, ey rəhm olunan hər şeyin rəhm edəni, ey naçar qalan hər şeyin çarə qılanı, ey ayıbı olan hər şeyin ayıbını örtən, ey pənah axtaran hər şeyə pənah verən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(11) Ey çətin vaxtımda pənahım, ey müsibətli vaxtımda ümidim, ey tənha vaxtımda munisim, ey qərib vaxtımda dostum, ey yaxşı vaxtımda ixtiyar sahibim, ey dərdli vaxtımda dada çatanım, ey sərgərdan vaxtımda yol göstərənim, ey möhtac vaxtımda varım-dövlətim, ey köməksiz vaxtımda arxa-dayağım, ey qorxu vaxtımda ürək-dirəyim! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(12) Ey gizlinləri bilən, ey günahları bağışlayan, ey eybləri örtən, ey bəlalardan qurtaran, ey qəlbləri dəyişən, ey qəlbləri sağaldan, ey qəlbləri nuraniləşdirən, ey qəlblərə sirdaş olan, ey həyacanı sakitləşdirən, ey qəmləri dağıdan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(13) İlahi, Səni Öz adınla çağırıram! Ey uca şanlı, ey gözəl, ey qoruyan, ey öhdəçi, ey inandıran, ey zəmanətkar, ey zənginləşdirən, ey müvəffəq edən, ey gücləndirən, ey etibar olunan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(14) Ey azmışlara yol göstərən, ey çarəsizlərin əlindən tutan, ey çağıranlara qulaq verən, ey möhtacların dadına çatan, ey qorxanlara aman verən, ey möminlərə arxa olan, ey imkansızlara rəhm edən, ey asi bəndələrdən üz çevirməyən, ey günahkarları bağışlayan, ey məzlumun duasını eşidən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(15) Ey səxavət və xeyirxahlıq sahibi, ey fəzilət və minnətdarlıq sahibi, ey aman və əminlik sahibi, ey qüdsiyyət və eybsizlik sahibi, ey hikmət və aydınlıq sahibi, ey rəhmət və razılıq sahibi, ey dəlil və bürhan sahibi, ey əzəmət və hökmranlıq sahibi, ey ülfət və köməkdarlıq sahibi, ey əfv və güzəşt sahibi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(16) Ey hər şeyin rəbbi, ey hər şeyin tanrısı, ey hər şeyin yaradanı, ey şeyin görkəm verəni, ey hər şeydən əvvəl olan, ey hər şeydən sonra olan, ey hər şeyin fövqündə duran, ey hər şeydən agah olan, ey hər şeyə qadir olan, ey hər şeyi fani ya əbədi edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(17) İlahi, Səni Öz adınla çağırıram! Ey əminlik yaradan, ey qoruyan, ey var edən, ey zehni açan, ey bəyan edən, ey asanlaşdıran, ey yerbəyer edən, ey zinətləndirən, ey xəbər verən, ey qismət edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(18) Ey hökmranlığında səbatlı, ey iqtidarında əzəli, ey şan-şöhrətdinə əzəmətli, ey bəndələrinə rəhmli, ey hər şeydən xəbərdar, ey günhakarlarla mülayim, ey ümidləri artıqlaması ilə doğruldan, ey yaratmağında hikmətli, ey hikmətində incə, ey incəliyində əzəli! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(19) Ey yalnız Onun fəzlinə ümid olunan kəs, ey yalnız Ondan əfv istənilən kəs, ey yalnız Ondan yaxşılıq umulan kəs, ey yalnız Onun ədalətindən qorxulan kəs, ey yalnız Onun hökmranlığı əbədi olan kəs, ey yalnız Onun səltənəti səltənət olan kəs, ey rəhməti ilə hər şeyi ehtiva edən kəs, ey rəhməti qəzəbini üstələyən kəs, ey elmi ilə hər şeyi bilən kəs, ey misli olmayan kəs! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(20) Ey qəm-qüssəni dağıdan, ey kədəri qovan, ey günahdan keçən, ey tövbəni qəbul edən, ey məxluqu xəlq edən, ey vədə sadiq olan, ey əhdə vəfa edən, ey sirri bilən, ey toxumu bölən, ey canlıları qidalandıran! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(21) İlahi, Səni Öz adınla çağırıram! Ey uca, ey vəfalı, ey ehtiyacsız, ey zəngin, ey xəfif, ey məmnun, ey təmizləyən, ey nəhayətsiz, ey güclü, ey dost! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(22) Ey gözəllikləri aşkar edən, ey qəbahətləri gizlədən, ey sorğu-sualda güzəştə gedən, ey xəlvətdə olanı ifşa etməyən, ey əzəmətlə əfv edən, ey səhvə göz yuman, ey bağışlmağı məhdudlaşmayan, ey rəhmət ağuşunu açan, ey hamının sirrini saxlayan, ey hamının şikayətini dinləyən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(23) Ey yaxşılığının sonu olmayan, ey rəhmətinin həddi olmayan, ey artıqlaması ilə əta edən, ey hikmətində nöqsanı olmayan, ey qüdrəti kamil olan, ey sübutu qəti olan, ey möcüzəsi aşkarda olan, ey əzəməti daimi olan, ey qüvvəti mətin olan, ey şanı uca olan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(24) Ey göyləri vücuda gətirən, ey zülmətləri yaradan, ey ağlayanlara acıyan, ey günahkarlarla barışan, ey həyanı qoruyan, ey cansıza can verən, ey ayələri nazil edən, ey xeyirə xeyir qatan, ey pisliyin kökünü kəsən, ey haqq-hesabı ciddi tutan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(25) İlahi, Səni Öz adınla çağırıram! Ey görkəm verən, ey qədər yazan, ey tədbir tökən, ey paklıq verən, ey işıqlandıran, ey asanlaşdıran, ey müjdələyən, ey çəkindirən, ey qabağa aparan, ey geri salan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(26) Ey müqəddəs evin rəbbi, ey müqəddəs ayın rəbbi, ey müqəddəs şəhərin rəbbi, ey rüknlə məqamın rəbbi, ey müqəddəs Məşərin rəbbi, ey müqəddəs məscidin rəbbi***, ey halalla haramın rəbbi, ey nurla zülmətlərin rəbbi, ey salamatlıqla sülhün rəbbi, ey canlardakı gücün rəbbi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(27) Ey hökümlülərin ən hökümlüsü, ey adillərin ən ədalətlisi, sadiqlərin ən sədaqətlisi, ey pakların ən pakizəsi, ey yaradanların ən gözəli, ey hesaba çəkənlərin ən tezi, ey eşidənlərin ən eşidəni, ey görənlərin ən bəsirətlisi, ey şəfayət edənlərin ən yaxşısı, ey kərimlərin ən kəramətlisi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(28) Ey kimsəsizlərin dayağı, ey köməksizlərin köməyi, ey himayəsizlərin himayədarı, ey müdafiəsizlərin müdafiəsi, ey imdadsızların imdadı, ey başıaşağıların başucalığı, ey izzətsizlərin izzəti, ey əl tutulmayanlara əl tutan, ey sirdaşsızların sirdaşı, ey pənahsızların pənahı! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(29) İlahi, Səni Öz adınla çağırıram! Ey qoruyan, ey sarsılmaz, ey əbədi, ey mehriban, ey nöqsansız, ey hökm verən, ey bilən, ey bölüşdürən, ey əldən alan, ey bolluca əta edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(30) Ey ismət istəyənə ismət verən, ey nəvaziş istəyənə nəvaziş göstərən, ey əfv istəyəni əfv edən, ey yardım istəyənə yardım edən, ey qorunmaq istəyəni qoruyan, ey kərəm istəyənə kərəm edən, ey rəhbər istəyənə rəhbərlik edən, ey çarə istəyənə çarə qılan, ey dəstək istəyənə dəstək olan, ey nicat istəyənə nicat verən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(31) Ey izzəti yenilməyən, ey incəliyi sezilməyən, ey mətinliyi sarsılmayan, ey sabitliyi dəyişməyən, ey diriliyi bitməyən, ey səltənəti devrilməyən, ey əbədiliyi faniləşməyən, ey elmi müəmma tanımayan, ey ehtiyacsızlığı təmin olunmayan, ey gücü zəifləməyən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(32) İlahi, Səni Öz adınla çağırıram! Ey tək, ey vahid, ey şahid, ey təriflənən, ey tərifləyən, ey yol göstərən, ey dirildən, ey irsə sahib çıxan, ey ziyana salan, ey mənfəət verən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(33) Ey əzimlər əzimi, ey kərimlər kərimi, ey rəhimlər rəhimi, ey alimlər alimi, ey müdriklər müdriki, ey qədimlər qədimi, ey böyüklər böyüyü, ey lətiflər lətifi, ey möhtəşəmlər möhtəşəmi, ey əzizlər əzizi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(34) Ey bağışlamaqda səxavətli, ey yaxşılıq etməkdə əzəmətli, ey xeyir verməkdə əliaçıq, ey fəzilət göstərməkdə əbədi, ey lütf etməkdə fasiləsiz, ey yaratmaqda incə, ey acıları dəf edən, ey zərəri uzaqlaşdıran, ey aləmin maliki olan, ey haqqla mühakimə edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(35) Ey əhdi ilə vəfalı, ey vəfası ilə qüdrətli, ey qüdrəti ilə uca, ey ucalığı ilə yaxın, ey yaxınlığı ilə lütfkar, ey lütfkarlığı ilə şərafətli, ey şərafəti ilə izzətli, ey izzəti ilə əzəmətli, ey əzəməti ilə təriflənən, ey təriflənməsi ilə tərifləyən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(36) İlahi, Səni Öz adınla çağırıram! Ey kifayət edən, ey şəfa verən, ey vəfa göstərən, ey əfv edən, ey hidayət edən, ey dəvət edən, ey qəzavət edən, ey razı qalan, ey uca, ey əbədi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(37) Ey hər şeyi qarşısında kiçildən, ey hər şeyi qarşısında mütiləşdirən, ey hər şeyi Özü üçün var edən, ey hər şeyi vücuda gətirən, ey hər şeyin qayıdış yeri olan, ey hər şeyi lərzəyə salan, ey hər şeyə davamlılıq verən, ey hər şeyi cəzb edən, ey hər şeyi heyran edən, ey Öz vəchindən başqa hər şeyi həlak edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(38) Ey Ondan başqa qaçış yeri olmayan, ey Ondan başqa pənah yeri olmayan, ey Ondan başqa məqsəd olmayan, ey Ondan başqa nicat yeri olmayan, ey Ondan başqa cazibə yeri olmayan, ey Ondan başqa güc və qüdrət olmayan, ey Ondan başqa köməyə çağırılmayan, ey Ondan başqa güvənilməyən, ey Ondan başqa ümid bəslənilməyən, ey Ondan başqa ibadət olunmayan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(39) Ey çəkindirənlərin ən yaxşısı, ey arzu olunanların ən yaxşısı, ey axtarılanların ən yaxşısı, ey qapısı döyülənlərin ən yaxşısı, ey can atılanların ən yaxşısı, ey yada salınanların ən yaxşısı, ey şükr olunanların ən yaxşısı, ey sevilənlərin ən yaxşısı, ey çağırılanların ən yaxşısı, ey sirdaşlıq edənlərin ən yaxşısı! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(40) İlahi, Səni Öz adınla çağırıram! Ey bağışlayan, ey gizlədən, ey qüdrəti, ey yox edən, ey var edən, ey parçalayan, ey birləşdirən, ey unutmayan, ey nəzərini çəkməyən, ey yardımını əsirgəməyən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(41) Ey yaradıb görkəm verən, ey təqdir edib yönəldən, ey bəlaları dəf edən, ey pıçıltıları eşidən, ey batanları çıxardan, ey həlak olanları qurtaran, ey xəstələri sağaldan, ey güldürən və ağladan, ey öldürən və dirildən, ey cütlükləri qadın və kişi yaradan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(42) Ey suda da quruda da yollar qərar verən, ey nişanələrini kainatda səpələyən, ey agahlığı nişanələrdə gizlədən, ey qüdrətini ölümlə göstərən, ey səltənətini Qiyamətdə aşkar edən, ey heybəti haqq-hesabında olan, ey qəzavəti Mizanla edən, ey mükafatı cənnətdə olan, ey cəzanı cəhənnəmlə verən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(43) Ey qorxanların sığınacağı, ey günahkarların pənahı, ey tövbəkarların qayıdışı, ey zahidlərin rəğbəti, ey heyrətlənənlərin rahatlığı, ey sevənlərin munisi, ey aşiqlərin iftixarı, ey xətakarların əfv dilədiyi, ey yəqin əhlinin təskinliyi, ey etibar edənlərin etibarı! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(44) İlahi, Səni Öz adınla çağırıram! Ey sevilən, ey sağaldan, ey yaxın, ey izləyən, ey hesablayan, ey heybətli, ey mükafatlandıran, ey cavab verən, ey bilən, ey görən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(45) Ey bütün yaxınlardan daha yaxın, ey bütün sevimlilərdən daha sevimli, ey bütün bəsirətlilərdən daha bəsirətli, ey bütün agahlardan daha agah, ey bütün şərafətlilərdən daha şərafətli, ey bütün ucalardan daha uca, ey bütün güclülərdən daha güclü, ey bütün zənginlərdən daha zəngin, ey bütün səxavətlilərdən daha səxavətli, ey bütün mehribanlardan daha mehriban! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(46) Ey məğlub edilməyən qalib, ey müəllifi olmayan müəllif, ey yaradanı olmayan yaradan, ey hökmdarı olmayan hökmdar, ey üstələyəni olmayan üstələyən, ey ucaldanı olmayan ucaldan, qoruyanı olmayan qoruyan, ey yardımçısı olmayan yardımçı, ey qayib olmayan şahid, ey uzaqlığı olmayan yaxın! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(47) Ey nurun nuru, ey nuru nurlandıran, ey nuru yaradan, ey nuru nizamlıyan, ey nura ölçü verən, ey hər bir nurun nuru, ey hər bir nurdan öncəki nur, ey hər bir nurdan sonrakı nur, ey hər bir nurun fövqündəki nur, ey misli olmayan nur! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(48) Ey neməti mübarək, ey işi incə, ey lütfü tükənməz, ey yaxşılığı sonsuz, ey sözü haqq, ey vədəsi düz, ey əfvi nemət, ey cəzası ədalət, ey zikri şirin, ey rəhməti hər şeyə şamil! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(49) İlahi, Səni Öz adınla çağırıram! Ey yüngülləşdirən, ey fəsillərə bölən, ey dəyişən, ey (təkəbbürlüləri) zəlil edən, ey nazil edən, ey bəxş edən, ey fəzilət verən, ey artıqlaması ilə verən, ey möhlət verən, ey gözəlləşdirən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(50) Ey görünmədən görən, ey yaranmadan yaradan, ey yönəldilmədən yönəldən, ey dirilmədən dirildən, ey sorğulanmadan sorğulayan, ey qidalanmadan qidalandıran, ey sığınmadan sığındıran, ey mühakimə edilmədən mühakimə edən, ey əmr almadan əmr verən, ey doğub-doğulmayan və bənəzəri olmayan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(51) Ey ən yaxşı hesab aparan, ey ən yaxşı əlac edən, ey ən yaxşı nəzarət edən, ey ən yaxşı yaxınlıq göstərən, ey ən yaxşı cavab verən, ey ən yaxşı dostluq edən, ey ən yaxşı himayə edən, ey ən yaxşı havadarlıq edən, ey ən yaxşı ağalıq edən, ey ən yaxşı köməyə gələn! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(52) Ey ariflərin sevinci, ey aşiqlərin arzusu, ey axtaranların munisi, ey tövbəkarların sevgisi, ey yoxsulların ruzi verəni, ey günahkarların ümidi, ey abidlərin gözünün nuru, ey bəlalıların xilası, ey qəmlilərin əlacı, ey əvvəlkilərin və sonrakıların rəbbi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(53) İlahi, Səni Öz adınla çağırıram! Ey rəbbimiz, ey məbudumuz, ey sahibimiz, ey mövlamız, ey köməyimiz, ey himayədarımız, ey sübutumuz, ey dayağımız, ey sevimlimiz, ey təbibimiz! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(54) Ey peyğəmbərlərlə salehlərin rəbbi, ey dürüstlərlə yaxşıların rəbbi, ey cənnətlə cəhənnəmin rəbbi, ey böyüklərlə kiçiklərin rəbbi, ey toxumlarla səmərələrin rəbbi, ey çaylarla ağacların rəbbi, ey meşələrlə səhraların rəbbi, ey yerlərlə dənizlərin rəbbi, ey gecələrlə gündüzlərin rəbbi, ey məlumlarla naməlumların rəbbi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(55) Ey əmri hər şeyə nüfuz edən, ey elmi hər şeyi əhatə edən, ey qüdrəti hər şeyə yetən, ey nemətinin sayı bəndələrə bəlli olmayan, ey şükrü məxluqlar üçün mümkün olmayan, ey cəlalı dərk olunmayan, ey həqiqəti xəyallara sığmayan, ey libası əzəmət və ucalıq olan, ey qərarı öz əlində olan, ey mülkündən başqa mülk olmayan, ey nemətindən başqa nemət olmayan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(56) Ey ən oxşamalı sifətlər sahibi, ey ən uca sifətlər sahibi, ey dünya və axirət sahibi, ey asayişli cənnət sahibi, ey böyük nişanələr sahibi, ey gözəl adlar sahibi, ey hökm ilə qərar sahibi, ey hava ilə fəza sahibi, ey ərş ilə fərş sahibi, ey uca göylər sahibi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(57) İlahi, Səni Öz adınla çağırıram! Ey əfv edən, ey bağışlayan, ey səbri tükənməyən, ey qədir bilən, ey mehribanlıq göstərən, ey şəfqət saçan, ey eşqini büruzə verən, ey nöqsansızlığı ilə heyranlandıran, ey müqəddəs olan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(58) Ey göylərdə əzəməti tanınan, ey yerdə nişanələri görünən, ey dəlili hər şeydə aşkarlaşan, ey dənizlərdə əcaiblik yaradan, ey dağlarda xəzinələr saxlayan, ey məxluqları yaratdıqca yaradan, ey hər şeyin hədəfi olan, ey hər şeydə lütfü görsənən, ey hər şeyi gözəl xəlq edən, ey yaranmışlar üzərində qüdrəti olan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(59) Ey dostu olmayanın dostu, ey təbibi olmayanın təbibi, ey qəbul edilməyəni qəbul edən, ey həmdərdi olmayanın həmdərdi, ey yoldaşı olmayanın yoldaşı, ey köməyi olmayanın köməyi, ey bələdçisi olmayanın bələdçisi, ey munisi olmayanın munisi, ey rəhm görməyənin rəhm edəni, ey kimsəsi olmayanın kimsəsi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(60) Ey qane olmaq istəyəni qane edən, ey hidayət istəyəni hidayət edən, ey qorunmaq istəyəni qoruyan, ey nəzər istəyənə nəzər edən, ey şəfa istəyənə şəfa verən, ey hökm istəyənə hökm çıxaran, ey ehtiyacsızlıq istəyəni ehtiyacsız edən, ey vəfa istəyənə vəfalı olan, ey güc istəyənə güc verən, ey böyük istəyənə böyüklük edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(61) İlahi, Səni Öz adınla çağırıram! Ey xəlq edən, ey ruzi verən, ey danışan, ey düz deyən, ey yaran, ey ayıran, ey üzə çıxaran, ey birləşdirən, ey qabaqlayan, ey məqamı uca! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(62) Ey gecə ilə gündüzü əvəzləyən, ey zülmətlərlə nuru yaradan, ey kölgə ilə istini ərsəyə gətirən, ey günəşlə ayı idarə edən, ey xeyirlə şəri müəyyən edən, ey ölümlə həyatı yaradan, ey maddə ilə məna əlində olan, ey zövcə ilə övlada yiyələnməyən, ey mülkündə şəriki olmayan, ey müdafiəçiyə ehtiyac duymayan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(63) Ey arzulayanların arzusundan xəbərdar olan, ey susanların sirrini bilən, ey gücsüzlərin fəryadını eşidən, ey qorxanların göz yaşlarını görən, ey istəyənlərin istədikləri əlində olan, ey tövbəkarların üzrünü qəbul edən, ey fəsadçıların əməlini islah etməyən, ey xeyixahları əcrsiz qoymayan, ey ariflərin qəlbindən uzaqlaşmayan, ey səxavətlilərin ən səxavətlisi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(64) Ey həmişə var olan, ey duaları eşidən, ey nemətləri artıran, ey xətalardan keçən, ey göyləri yaradan, ey sınağı yaxşılıq olan, ey sitayişi gözəllik gətirən, ey ucalığı əzəli olan, ey vəfası tükənməyən, ey mükafatıyla şərəfləndirən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(65) İlahi, Səni Öz adınla çağırıram! Ey örtən, ey bağışlayan, ey qalib gələn, ey güc göstərən, ey səbri tükənməyən, ey yaxşılıq edən, ey ixtiyar sahibi, ey açan, ey ruh verən, ey rahat edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(66) Ey yaradanım və görkəm verənim, ey ruzi yetirənim və böyüdənim, ey çörək verənim və sirab edənim, ey məni yaxın bilən və yanına buraxan, ey məni öhdəsinə götürən və qane edən, ey qoruyanım və himayə edənim, ey ehtiyacımı verən və məni əziz tutan, ey uğur verənim və hidayət edənim, ey ürəyimi açdığım və arxa-dayağım, ey canımı alan və həyat verənim! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(67) Ey sözləri ilə haqqı bərqərar edən, ey bəndələrinin tövbəsini qəbul edən, ey insanın nəfsi ilə ruhu arasında duran, ey şəfaət üçün icazə verən, ey yolunu azmışları yaxşı tanıyan, ey etiraz edilməyəcək hökm verən, ey rədd edilməyəcək qərar çıxaran, ey hər şeyi əmrinə ram edən, ey qüdrtəti ilə göyləri bükən, ey rəhmətinin müjdəsi kimi küləkləri əsdirən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(68) Ey yeri məskən qərar verən, ey dağları dayaq qərar verən, ey günəşi çıraq qərar verən, ey ayı nur qərar verən, ey gecəni örtük qərar verən, ey gündüzü qayğı vaxtı qərar verən, ey yuxunu istirahət qərar verən, ey göyü bina edən, ey hər şeyə cüt qərar verən, ey cəhənnəmi pusquda qərar verən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(69) İlahi, Səni Öz adınla çağırıram! Ey dinləyən, ey şəfaətçi, ey ucaməqamlı, ey məğlubedilməz, ey gecikdirməyən, ey yaradan, ey böyük, ey qüdrətli, ey xəbərdar, ey sığındıran! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(70) Ey hər bir diridən öncəki diri, ey hər bir diridən sonrakı diri, ey heç bir dirinin bənzəmədiyi diri, ey heç bir dirinin şəriki olamayan diri, ey heç bir diriyə eytiyacı olmayan diri, ey hər bir dirini öldürən diri, ey hər bir dirini qidalandıran diri, ey diriliyi əxz etməyən diri, ey ölüləri dirildən diri, ey yuxu və mürgü bilməyən həmişəvar diri! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(71) Ey zikri unudulmayan, ey nuru sönməyən, ey neməti hesaba gəlməyən, ey hökmranlığı tükənməyən, ey tərifi bitməyən, ey cəlalı təsəvvürə gəlməyən, ey kamalı dərk olunmayan, ey hökmü rədd edilməyən, ey sifətləri dəyişməyən, ey xüsusiyyətləri əvəzlənməyən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(72) Ey aləmlərin rəbbi, ey qiyamət gününün sahibi, ey axtaranların axtardığı, ey pənah aparanların pənahı, ey qaçanları yaxalayan, ey səbrliləri sevən, ey tövbəkarları sevən, ey paklanmışları sevən, ey xeyirxahları sevən, ey hidayət olunmuşları yaxşı tanıyan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(73) İlahi, Səni Öz adınla çağırıram! Ey şəfqətli, ey dostluğu sevən, ey hifz edən, ey ehtiva edən, ey qüvvətləndirən, ey fəryada yetişən, ey izzətləndirən, ey alçaldan, ey başlanğıc verən, ey sona çatdıran! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(74) Ey ziddi olmadan tək olan, ey misli olmadan yeganə olan, ey nöqsanı olmadan ehtiyacsız olan, ey necəliyi olmadan bir olan, ey zülm etmədən qərar verən, ey yardımçı götürmədən rəbb olan, ey xarlıq bilmədən izzətli olan, ey yoxsulluq bilmədən zəngin olan, ey devrilmək bilmədən hökmdar olan, ey bənzəri göstərilmədən vəsf olunan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(75) Ey zikri zikredənlər üçün şərəf, ey şükrü şükredənlər üçün uğur, ey həmdi həmdedənlər üçün izzət, ey itaəti itaətkarlar üçün nicat, ey qapısı gələnlər üçün açıq, ey yolu tövbəkarlar üçün bəlli, ey nişanələri baxanlar üçün aydın, ey Kitabı təqvalılar üçün xatırlama, ey ruzisi itaətkar və günahkar üçün eyni, ey rəhməti xeyirxahlar üçün yaxın! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(76) Ey adı mübarək, ey böyüklüyü uca, ey ilahiliyi şəriksiz, ey tərifi şanlı, ey adları müqəddəs, ey varlığı əbədi, ey gözəlliyi əzəmət, ey libası izzət, ey xeyri hesabsız, ey nemətləri saysız! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(77) İlahi, Səni Öz adınla çağırıram! Ey yardımçı, ey əmin, ey aydın, ey mətin, ey sabit, ey yolgöstərən, ey təriflənən, ey şanlı, ey güclü, ey şahid! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(78) Ey uca ərşin sahibi, ey düz sözün sahibi, ey yüksəldən işlərin sahibi, ey ağır bəlanın sahibi, ey vəd və xəbərdarlıq sahibi, ey sitayişəlayiq sahib, ey istədiyini edən, ey uzaqlaşmayan yaxın, ey hər şeyi görən, ey bəndələrinə haqsızlıq etməyən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(79) Ey şəriki və vəziri olmayan, ey bənzəri və misli olmayan, ey günəşi və işıqlanmış ayı yaradan, ey əliüzülmüş fəqiri varlandıran, ey körpə uşağa ruzi yetirən, ey yaşlı ağsaqqala rəhm edən, ey sınmış sümükləri birləşdirən, ey qorxub sığınanı amanda saxlayan, ey bəndələrini tanıyan və eşidən, ey hər şeyə qadir olan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(80) Ey səxavət və nemət sahibi, ey fəzilət və kərəm sahibi, ey lövhə və qələmin xaliqi, ey qarışqa və insanın yaradanı, ey bəla və intiqamın sahibi, ey ərəb və əcəmin ilhamçısı, ey ziyan və acını dəf edən, ey sirri və gizlini bilən, ey evin və hərəmin**** rəbbi, ey hər şeyi yoxdan yaradan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(81) İlahi, Səni Öz adınla çağırıram! Ey edən, ey təyin edən, ey qəbul edən, ey kamilləşdirən, ey ayıran, ey qovuşduran, ey ədalətlə davranan, ey qalib gələn, ey tələb edən, ey bəxş edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(82) Ey əliaçıqlığı ilə nemət verən, ey səxavəti ilə kərəm edən, ey lütfü ilə səxavət göstərən, ey qüdrəti ilə izzətli olan, ey hikməti ilə qüdrətini göstərən, ey tədbiri ilə hökm verən, ey elmi ilə tədbir tökən, ey həlimliyi ilə güzəştə gedən, ey ucalığı ilə yaxın gələn, ey yaxınlığı ilə uca qalan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(83) Ey istədiyini yaradan, ey istədiyini edən, ey istədiyini hidayət edən, ey istədiyini azdıran, ey istədiyini cəzalandıran, ey istədiyini bağışlayan, ey istədiyini ucaldan, ey istədiyini alçaldan, ey istədiyini bətnlərdə vücuda gətirən, ey istədiyinə rəhm edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(84) Ey xanımı və övladı olmayan, ey hər şeyin ölçüsünü təyin edən, ey qərarı şəriksiz verən, ey mələkləri elçi kimi göndərən, ey bürclərlə göyü bəzəyən, ey yeri məskən edən, ey insanı sudan yaradan, ey hər şeyə müddət təyin edən, ey elmi ilə hər şeyi əhatə edən, ey hər şeyin sayını bilən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(85) İlahi, Səni Öz adınla çağırıram! Ey əvvəl, ey axır, ey aşkar, ey gizli, ey xeyirxah, ey haqq, ey vahid, ey yeganə, ey ehtiyacsız, ey əbədi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(86) Ey tanınanların ən yaxşısı, ey ibadət olunanların ən fəzilətlisi, ey şükr olunanların ən şanlısı, ey zikr olunanların ən izzətlisi, ey tərif olunanların ən ulusu, ey can atılanların ən qədimi, ey vəsf olunanların ən ucası, ey üz tutulanların ən böyüyü, ey qapısı döyülənlərin ən səxavətlisi, ey sevilənlərin ən şərafətlisi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(87) Ey ağlayanların sevimlisi, ey güvənənlərin sahibi, ey azmışların hidayətçisi, ey möminlərin ağası, ey zikr edənlərin munisi, ey darıxanların pənahı, ey sədaqətlilərin xilası, ey qüdrətlilərin ən qüdrətlisi, ey bilənlərin ən biləni, ey bütün məxluqatın Allahı! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(88) Ey uca ola-ola qalib gələn, ey hökmdar ola-ola təqdir edən, ey gizlin qala-qala hər şeyi bilən, ey məbud ola-ola təşəkkür edən, ey sözündən çıxılsa belə bağışlayan, ey fikirlərə belə sığmayan, ey bəsirətlə belə dərk olunmayan, ey heç bir şeyi gözdən buraxmayan, ey bəşəriyyətə ruzi verən, ey hər şeyin miqdarını təyin edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(89) İlahi, Səni Öz adınla çağırıram! Ey hifz edən, ey var edən, ey yaradan, ey uca olan, ey əlac edən, ey açan, ey açıqlayan, ey zamin duran, ey əmr verən, ey qadağa qoyan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(90) Ey qeybi bilən yeganə kəs, ey pisliyi dəf edən yeganə kəs, ey varlığı yaradan yeganə kəs, ey günahları bağışlayan yeganə kəs, ey neməti yarımçıq verməyən yeganə kəs, ey qəlbləri dəyişən yeganə kəs, ey işləri idarə edən yeganə kəs, ey yağışı yağdıran yeganə kəs, ey ruzini artıran yeganə kəs, ey ölüləri dirildən yeganə kəs! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(91) Ey zəiflərin dayağı, ey qəriblərin yoldaşı, ey övliyaların köməyi, ey düşmənləri yıxan, ey səmanı ucaldan, ey seçilmişlərin munisi, ey təqvalıların məhbubu, ey fəqirlərin sərvəti, ey varlıların tanrısı, ey kərimlərin kərimi! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(92) Ey heçnəyə ehtiyacı olmayan, ey hərşeyin üzərində duran, ey heçnəyə bənzəməyən, ey mülkündə heçnəyi artmayan, ey heçnəyi gözdən qaçırmayan, ey xəzinəsindən heçnəyi azalmayan, ey heçnəyin misli olmayan, ey elmində heçnəyin müamması olmayan, ey hər şeydən xəbərdar olan, ey rəhməti ilə hər şeyi əhatə edən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(93) İlahi, Səni Öz adınla çağırıram! Ey ikram edən, ey çörək verən, ey nemət göndərən, ey əta edən, ey ehtiyacsız edən, ey zənginlik verən, ey yox edən, ey həyat verən, ey məmnun edən, ey nicat verən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(94) Ey hər şeyin əvvəli və sonu, ey hər şeyin tanrısı və sahibi, ey hər şeyin rəbbi və surət verəni, ey hər şeyi vücuda gətirən və yaradan, ey hər şeyi təhvil alan və dəyərləndirən, ey hər şeyi başlayan və tamamlayan, ey hər şeyin mənşəyi və qədər təyin edəni, ey hər şeyi var edən və hərəkətə gətirən, ey hər şeyi dirildən və öldürən, ey hər şeyə yaradılış verən və sahib çıxan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(95) Ey ən gözəl yad edən və yad olunan, ey ən gözəl təşəkkür edən və təşəkkür olunan, ey ən gözəl tərif edən və tərif olunan, ey ən gözəl müşahidə edən və müşahidə olunan, ey ən gözəl çağıran və çağırılan, ey ən gözəl cavab verən və cavab alan, ey ən gözəl dost tutan və dost tutulan, ey ən gözəl yoldaş və həmnişin, ey ən gözəl üz tutulan və can atılan, ey ən gözəl sevən və sevilən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(96) Ey Onu çağıranlara cavab verən, ey Ona itaət edənləri sevən, ey Onu sevənlərə yaxın olan, ey Ona sığınanları qoruyan, ey Ona ümid edənlərə kərəm edən, ey Ona günah edənlərlə yumşaq davranan, ey əzəmətində rəhimli olan, ey hikmətində əzəmətli olan, ey yaxşılığında əbədi olan, ey müştaqlarını tanıyan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(97) İlahi, Səni Öz adınla çağırıram! Ey səbəb salan, ey rəğbətə gətirən, ey halı dəyişən, ey arxaca gələn, ey tərtib edən, ey qorxuya salan, ey xəbərdarlıq edən, ey yada salan, ey ram edən, ey dəyişiklik verən! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(98) Ey elmi əzəli, ey vədi doğru, ey lütfü aşkar, ey əmri gerçəkləşən, ey kitabı aydın, ey qərarı icra olunan, ey Quranı şanlı, ey iqtidarı əbədi, ey fəzli hər şeyə şamil, ey ərşi əzəmətli! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(99) Ey birini eşitməsi başqasını eşitməkdən yayındırmayan, ey bir iş görməsi başqa iş görməyinə mane olmayan, ey biri ilə danışması başqası ilə danışmasını əngəlləməyən, ey birinin istəyi ilə başqasının istəyini səhv salmayan, ey bir şeyi görməsi başqa bir şeyi gözündən yayındırmayan, ey hacət istəyənlərdən bezməyən, ey arzu edənlərin nəhayət arzusu, ey ariflərin nəhayət himməti, ey tələbkarların nəhayət tələbi, ey bütün aləmlərdə bir zərrədən də xəbərsiz olmayan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

(100) Ey mülayim olan və tələsməyən, ey səxavətli olan və paxıllıq etməyən, ey sözündə düz olan və yalan danışmayan, ey bəxş edən və heyifslənməyən, ey qalib olan və məğlub edilməyən, ey əzəmətli olan və vəsfə gəlməyən, ey ədalətli olan və haqqsızlığa yol verməyən, ey ehtiyacsız olan və yoxsulluq tanımayan, ey böyük olan və kiçilməyən, ey qoruyan və diqqəti yayınmayan! Necə də gözəlsən, ey tayı-bərabəri olmayan Allah! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!



*Duanın orijinalında "Sübhanək" sözü işlənib. Adətən "pak və nöqsansızsan" kimi tərcümə olunan bu ifadə heyranlığı ifadə edir və "heyranam Sənə!" yaxud "necə də gözəlsən!" mənalarını verir.

**Duanın orijinalında "Kitabın anası" kimi tərcümə olunan "Ümmül-kitab" kəlməsi işlənib. Dini mənbələrdə bu sözlə Lövhi-məhfuz, səmavi kitabların ümumi mənşəyi, Quran, möhkəm ayələr və Fatihə surəsi ifadə olunub.

***Rükn Kəbə evinin tininə deyilir. Məqam - həzrət İbrahimin (ə) ayaq izlərinin həkk olduğu və Kəbənin yanında yerləşən daşdır. Məşər (yaxud Müzdəlifə) - Məkkə yaxınlığında yerləşən və hacıların Qurban bayramı gecəsi qaldığı bir dərədir. Müqəddəs məscid isə, Kəbə evinin yerləşdiyi Məscidül-hərəmdir.

****Kəbə evi və onun yerləşdiyi Məscidül-hərəm.




hacishahin.az