XƏBƏRLƏR

"Onun ünvanı" filminin premyerası

22 Dekabr 2017 2112

Bu gün Bakının "Nizami" kinoteatrında "Onun ünvanı" filminin premyerası olub.

 

Film VIII əsrdə yaşamış Ünvan Bəsrinin imam Sadiqlə (ə) görüşündən bəhs edir. Ömrünü elmi axtarışlara sərf edən 94 yaşlı qoca Ünvan maariflənmək üçün məşhur alim Malik ibn Ənəsin yanına, Mədinəyə gedir. Lakin burada imam Sadiqlə (ə) tanış olan Ünvanın həyatı dəyişir.

 

 

İdeya müəllifi və baş prodüseri Dilman Şahmərdanlı, prodüseri Samir Mirməhəmmədoğlu, rejissor və ssenari müəllifi Qalib Mirzəliyevdir.

 

Seansdan sonra ictimaiyyət nümayəndələri filmlə bağlı təəssüratlarını bölüşüblər. Premyerada iştirak edən ilahiyyatçı-alim hacı Şahin Həsənli də çıxış edib. Onun sözlərinə görə, Azərbaycan tamaşaçısı janr və mövzu seçiminə ehtiyaclıdır. "Onun ünvanı" filmi elə bir tarixi hadisəyə əsaslanır ki, bəzi alimlər onu həftədə bir dəfə oxumağı mənəvi yüksəliş üçün tövsiyə edirlər. Habelə, yaşlı bir insanın axtarışda olması, elm və mərifət mövzusunun əhəmiyyəti göstərir.

 

Film iki ərazidə - Qala kəndindəki tarix və etnoqrafiya muzeyində və Suraxanıda Marağa deyilən ərazidə çəkilib.

 

hacishahin.az