XƏBƏRLƏR

Məşədi Dadaş məscidində Quran gecəsi

28 Dekabr 2017 2322

Dekabrın 27-si Məşədi Dadaş məscidində Quran gecəsi keçirilib. Ənənəvi olaraq gecədə qarilər müqəddəs Qurani-Kərimi qiraət ediblər. Tədbirdə beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edən məşhur qarilər Ruslan Qasımov, Kamal Məmmədov, Dadaşbala Quliyev və Rahib Əliyev iştirak ediblər. Gecənin aparıcısı tanınmış din xadimi Əlizaman Əliyev idi.

 

Məscidin imamı, ilahiyyatçı hacı Şahin Həsənli qiraət məclisində çıxıç edərək Quranın Allahın insana eşq məktubu olduğunu bildirib. Qurana Allahın müsahibəsi kimi də, insana verdiyi dəyər kimi də baxmaq olar. Onun sözlərində görə, bir müsəlman olaraq Quranla tanışlıq zəruridir və bu tanışlığı yaradan amillərdən biri də qiraət məclisləridir. Ş. Həsənli tədbirin təşkilatına və ümmumiyyətlə Azərbaycanda qarilik məktəbinin inkişafına verdiyi töhfəyə görə hacı Ruslan Qasımova təşəkkür edib.  

 

Sonda gecəyə gələnlər arasında müqəddəs Qurani-Kərimlə bağlı viktorina keçirilib.

 

hacishahin.az