XƏBƏRLƏR

Hacı Şahin Həsənli Cəlilabada səfər edib

14 Fevral 2018 3367

Fevealın 14-ü həzrət Fatimənin (s) əzadarlıq məclisində işrirak etmək üçün hacı Şahin Həsənli Cəlilabad şəhərinə səfər edib.  

 

 

"Cümə" məscidində keçirilən tədbirə cənub bölgəsinin müxtəlif rayonlarından gələn dindarlarla yanaşı, Cəlilabad rayon inanclıları, ağsaqqalları, seyyidləri və din xadimləri də qatılmışdı. Məclis rayonun axundu Hacı Mahmud Əsgərovun qonaqları salamlaması ilə başlayıb. Daha sonra hacı İlkin Həsənzadə müqəddəs Qurani-Kərimin ayələrini tilavət edib.  Tilavətdən sonra ilahiyyatçı hacı Şahin Həsənli xütbə ilə çıxış edib. Tədbir Əhli-Beyt (ə) məddahı seyid Peyman Əsədovun növhə və mərsiyələri ilə başa çatıb.

 

 

Məsciddə çıxış edən Ş. Həsənli həzrət Fatimənin (s) fəzilətindən danışıb. Daha sonra ilahiyyatçı son günlərdə davamlı danışdığı imanın qorunması mövzusuna toxunub. İmanın qorunması üçün şükr halı mühüm amil kimi qeyd olunub. Habelə, ibadətdən qürurlanmağın ictimai fəsadlara yol açmasına da işarə edilib.

 

 

Sonda müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlər üçün dualar oxundu.

 

 

hacishahin.az