XƏBƏRLƏR

Hacı Şahin Həsənli Xaçmaza səfər edib

17 Fevral 2018 2013

Fevralın 17-si ilahiyyatçı hacı Şahin Həsənli xanım Fatimənin (s) əzadarlıq mərasimində iştirak etmək üçün Xaçmaz şəhərinə səfər edib. Tədbirə Bakının Fatimeyi-Zəhra (s) məscidinin imamı hacı Ramil Bədəlov, şimal bölgəsinin tanınmış din xadimləri hacı Zaur Məmmədov, hacı Mirələsgər Mirməmmədov, hacı Nazim Məmmədov və digəriləri qatılmışdı.

 

 

Tədbir məşhur Quran qarisi Hacı Ruslan Qasımovun Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra ilahiyyatçı hacı Şahin Həsənli çıxış edib. Sonda tanınmış Əhlibeyt (ə) məddahı seyid Tale Əsədov növhə oxuyub.

 

Dindarlar qarşısında çıxış edən hacı Şahin Həsənli Fatimiyyə haqda söz açıb. Onun sözlərinə görə Aşura Fatimiyyəni, Fatimiyyə isə Məhdəviyyəti tanıdır. Dünyada Fatimiyyənin tanınması üçün artıq şərait yaranıb. Daha sonra Ş. Həsənli  xanım Fatimənin (s) Fədəkiyyə xütbəsini şərh edib. Bu xütbəni söylədikdən sonra xanımı xalqla üz-üzə qoydular, necəki gələcəkdə imam Hüseyni (ə) kufəlilərlə qarşı-qarşıya qoyacaqlar. Bildirildi ki, Fədəkiyyə xütbəsi həqiqəti aşılasa da, Mədinə cəmiyyəti artıq öz seçimini edib. Buna cavab olaraq xalqa müraciət edən xanım Fatimə buyurur: "Ey batil sözə tez qaçan, pis və ziyanlı işlərə göz yuman insanlar!"

 

Xanım bu müraciətlə cəmiyyətə xarakteristika verir və bir qaydanı ortaya qoyur. Və sözünün əvvəlində eşidilməyəcəyini bəyan edir. Xalq yalan, şayə, batil sözə tez ürək bağlayır, tez inanırsa, tez şübhəyə düşürsə, həmin xalqın içində haqq-ədalət yaşaya bilməz. Çünki həqiqəti daim çək-çevirə salcaq, uzun-uzadı dəlil-sübut tələb edəcək.  Əksinə batil sözə dərhal sübut fikirləşər, bəraət qazandırar. Ruhun təmizliyi ilə həqiqəti tanımaq arasında bağlılıq var. Sağlam qəlb həqiqətə tez yəqin edər, xəstə qəlb isə batilə meyillənər.

 

İkinci xüsusiyyət pis və ziyanlı işlərə göz yummaqdır.  Bu ifadədən mənası insanlarda günah axtarmaq deyil, fəsad yaradan və cəmiyyətin müqəddəratını şübhə altına atan işlərə biganə olmaqdır. 

 

hacishahin.az