XƏBƏRLƏR

Məşədi Dadaş məscidində Xocalı soyqırımı anılıb

25 Fevral 2018 2158

Bu gün Məşədi Dadaş məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsinə Quran gecəsi keçirilib. 

 

Tədbirə aparıcılıq edən tanınmış din xadimi hacı Əlizaman Əliyev Xocalı soyqırımının tarixi haqda danışıb. Daha sonra məscidin imamı, ilahiyyatçı hacı Şahin Həsənli müasir tarixin ən faciəli hadisəsi olan Xocalı qətliamının və şəhidlik məfhumunun milli şüurumuzdakı yeri haqda çıxış edib. 

 

Anım mərasiminin davamında beynəlxalq Quran müsabiqələrinin qalibi, tanınmış Azərbaycanlı qari hacı Ruslan Qasımov və tələbələri Xocalı qurbanlarının ruhuna Müqəddəs Kitabımızın ayələrini tilavət ediblər.

 

Qeyd edək ki, tədbirdə məşhur Quran qarisi hacı Rahib Əliyev də şəhidlərimizin ruhuna Quran oxuyub.


Sonda şəhidlərimizin əziz ruhu və torpaqlarımızın qaytarılması üçün dualar oxunub.


 

 

hacishahin.az