XƏBƏRLƏR

Bayramınız mübarək, xanımlar!

08 Mart 2018 1864

Bu gün ilahiyyatçı hacı Şahin Həsənli xanım Fatimeyi-Zəhranın (s) mövludu ilə bağlı xanımları təbrik edib. Rəsmi Facebook səhifəsində etdiyi təbrikdə ilahiyyatçı yazıb:

 

"Əziz xanımlar! Xanımlar xanımı həzrət Fatimənin (s) mövludu münasibətilə hamınızı ürəkdən təbrik edirəm!

 

Xanım Zəhra (s) hər zaman müsəlman, o cümlədən Azərbaycan qadınının yolunu aydınlaşdıran ulduz, ilham çeşməsi olub. Fatimə (s) adı şəfqət, fədakarlıq, ismət, məhəbbət, mərhəmət sinoniminə çevirilib dilimizdə. Bu gün bəşəriyyət öz anasına, xanımlıq mücəssəməsinə - həzrət Fatiməyə(s) və onun arzuladığı dünyaya ehtiyaclıdır. Hamınıza Fatiməsayağı yaşamağı və Fatiməsayağı dünyanın qurucusu olmağı arzu edirəm!

 

Bayramınız bir daha mübarək olsun!"

 

 

hacishahin.az