XƏBƏRLƏR

Bayramınız mübarək!

20 Mart 2018 1422

İlahiyyatçı hacı Şahin Həsənli Novruz bayramı münasibətilə sosial şəbəkələrdəki rəsmi səhifəsində təbrik paylaşıb:

 

"Kökləri tarixin ən qədim dövrlərinə gedib çıxan, hətta insan fitrətindən qaynaqlanan, həyatın diriliyini və çiçəklənməsini tərənnüm edən Novruz bayramı gəlir. Əcdadlarımız bu bayramla yeni ilin gəlişini,  bahar nurunun qış zülmətinə qələbə çalmasını, həyatın canlanmasını və bərəkətləşməsini qeyd edərdi. Bu gün də bu adətimizlə ümid, ədalət, təbiilik, mehribanlıq, ailə və birliyə bağlılığımızı nümayiş etdiririk. Baharı salamlamaqla hər bir soyuq qaranlığın aradam gedəcəyinə və  işıqlı sabahın açılacağına əminliyimizi ifadə edirik. Novruz - yeni gün, yenilənmə və nuranilik deməkdir. 

 

Bu gözəl bayram münasibətilə hamınızı təbrik edirəm. Allah hər birimizin ruhuna yeni bahar gətirsin, qəlblərimizi yeniləsin, nuraniləşdirsin, həyatımızı bütöv bir bahara çevirsin!

 

Bayramınız mübarək!"


hacishahin.az