XƏBƏRLƏR

Zeynəbiyyə gəncləri Bakıda

22 Mart 2018 1451

Martın 17-si Türkiyə Zeynəbiyyə Hərəkatı Gənclik Mərkəzi-Platforması (ZHGM) təmsilçiləri Azərbaycana səfər ediblər. Səfərin məqsədi ölkəmizin fəal gəncliyi ilə tanışlıq və əməkdaşlıq muzakirələri idi.

 

ZHGM başçısı və Zeynəbiyyə Hərəkatı İdarə Heyətinin üzvü İrfan Tuncay digər gənc liderlər Muhammet Karasu və Ali Riza Yeşillə birlikdə ölkəmizdə Məşədi Dadaş məscidi dini icmasının qonaqları idilər. Qonaqlar Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət etdikdən sonra şəhərlə tanış olublar. İçərişəhər, Qobustan və Atəşgah kimi tarixi abidələrlə yanaşı gənclər xalqımızın müqəddəs ocaqları olan Bibi-Heybət və Mir-Mövsüm Ağanı ziyarət ediblər.

  

Türkiyə, xüsusilə Zeynəbiyyə gəncliyinin Azərbaycan Milli Qəhrəmanı şəhid Mübariz İbrahimova olan məhəbbətinin ifadəsi olaraq ZHGM nümayəndələri Bilasuvar rayonuna gedərək şəhidin ailəsini ziyarət ediblər.

  

Səfər zamanı qonaqlar Məşədi Dadaş dini icmasının gənc üzvləri, Darul-Hikmət Tədris Mərkəzinin idarə heyəti ilə görüşlər keçiriblər.

 

Qeyd edək ki, ZHGM üzvləri ilahiyyatçı hacı Şahin Həsənli və hacı Əkrəm Əliyevlə də görüşüblər.

 

hacishahin.az