XƏBƏRLƏR

Hacı Şahin Həsənli ZHGM üzvləri ilə görüşüb

22 Mart 2018 4448

Martın 21-i ilahiyyatçı hacı Şahin Həsənli Bakıda səfərdə olan Zeynəbiyyə Hərəkatı Gənclər Mərkəzi-Platforması (ZHGM) təmsilçiləri ilə görüşüb.

 

ZHGM başçısı və Zeynəbiyyə Hərəkatı İdarə Heyətinin üzvü İrfan Tuncay və digər gənc liderlər Muhammet Karasu və Ali Riza Yeşil Türkiyə Cəfəriləri lideri Şeyx Səlahəddin Özgündüzün xüsusi salamlarını və hədiyyələrini hacı Şahin Həsənliyə çatdırıblar. Zeynəbiyyə hərəkatının, xüsusilə ZHGM-nin fəaliyyəti haqda məlumat verən qonaqlar Azərbaycan gəncləri ilə əməkdaşlıq etmək niyyetində olduqlarını bildiriblər. 

 

Öz növbəsində hacı Şahin Həsənli Türkiyə Cəfərilər lideri Səlahəddin Özgündüzə öz salam və təşəkkürlərini söyləyib. Zeynəbiyyə hərəkatının müsəlman dünyasindakı mühüm rolundan söz açan ilahiyyatçı səfərin əhəmiyyətindən, ortaq layihələrin effektliyindən və iki qardaş xalq arasına munasibətlərin daha da inkişaf etməsinin zəruriliyindən danışıb. 

 

İlahiyyatçının çıxışlarının geniş dinlənildiyini və sevildiyini deyən gənclər məhəbbətlərinin ifadəsi kimi Zeynəbiyyə futbol komandası - İFA Sporun köynəyini ona hədiyyə ediblər. Zeynəbiyyə gənclərinə təşəkkür edən ilahiyyatçı Seyx Həmid Turan Kitabxanasına Azərbaycan tarixi, Şeyxülislam Axund Şəkəvinin təfsiri və Qarabağ həqiqətləri haqda kitablar hədiyyə edib. 

 

hacishahin.az