XƏBƏRLƏR

QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının iclası keçirilib

15 May 2018 1955

Bu gün Qafqaz Müsəlmanları İdarəsində mübarək  Ramazan ayının başlnaması ilə bağlı QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının toplantısı keçirilib.  

 

Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən tədbirdə bildirilib ki,  Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, mübarək Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

 

İclasda çıxış edən QMİ sədri həmçinin ölkədə və dünyada aktual olan bir sıra ictimai-siyasi mövzulara da toxunub.  Şexülislamın sözlərinə görə, xarici dairələr din amilindən istifadə edərək Suriya və İraqda yaşanan münaqişələri Azərbaycana daşımaq istəyirlər. Son günlər Fələstində baş verənlərə gəlincə isə, QMİ sədri bildirib: “Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların - Fələstinin paytaxtıdır”. Onun sözlərinə görə, Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır: “Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır. Bəzi dövlətlər də bu birliyin olmamasından məharətlə istifadə edir”.

 

Qeyd edək ki, QMİ sədri toplantıda iştirak edən ilahiyyatçı-alim hacı Şahin Həsənliyə göstərdiyi fəaliyyətinə görə  xüsusi təşəkkürünü bildirib.

 

 

hacishahin.az