XƏBƏRLƏR

Məşədi Dadaş məscidində bayram namazı

15 İyun 2018 1692

İyunun 15-i Fitr bayramı münasibətilə Azərbaycanın bütün məscidlərində olduğu kimi, paytaxtın Məşədi Dadaş məscidində də səhər saat 09:00-da bayram namazı qılınıb.

 

Minlərlə insanların qatıldığı namaz mərasimi bayram təkbirləri ilə başlayıb, daha sonra məscidin imamı, ilahiyyatçı hacı Şahin Həsənlinin rəhbərliyi ilə bayram namazı qılınıb. Daha sonra ilahiyyatçı bayram xütbəsi ilə çıxış edib. Çıxışında oruc və zəkat kimi ilahi hökmlərin mənalarını açıqlayan hacı Şahin Həsənli, habelə mənəvi həyat tərzinin insanda yaradan dəriş şadlıq hissindən danışıb. Sonda xalqımız, bayrağımız, ordumuz, şəhidlərimiz və ümumiyyətlə bütün müsəlman dünyası üçün dualar edilib.

 

Qeyd edək, namaza gələnlərin sayının çoxluğunu nəzərə alaraq məsciddə iki dəfə bayram namazı qılınıb.

 

hacishahin.az