XƏBƏRLƏR

Məşədi Dadaş məscidində İmam Mehdinin (ə) mövlud tədbiri

12 May 2017 2431

Mayın 11-i Məşədi Dadaş məscidində həzrət Mehdinin (ə) mövlud gecəsi keçirilib. Quran tilavəti ilə başlayan bayram tədbirində məscidin axundu hacı Şahin Həsənli çıxış edib.


Daha sonra tədbirə qatılan fəlsəfə doktoru Mail Yaqub, qəzəlxan şair Arif Buzovnalı və ilahiyyatçı axund Azər Sani öz təbrik sozləri ilə çıxış ediblər. Tədbirin bədii hissəsində əməkdar incəsənət xadimi Aqil Məlikov, tanınmış xanəndələr Mirələm Mirələmov və Babək Şuşalı, məddah seyid Tale Boradigahi ilahi nəğmələr ifa ediblər.


Mövlud gecəsinin sonunda məşhur Quran qarisi Ruslan Qasımov imam Mehdinin (ə) ziyarətnaməsini oxuyub. 


hacishahin.az