Dualar

Həzrət Əlinin (ə) ziyarəti

Ərəbcə yazılışı

السَّلامُ عَلى أَبِي الأَئِمَّةِ وَخَلِيلِ النُبُوَّةِ وَالمَخْصُوصِ بِالاُخُوَّةِ، السَّلامُ عَلى يَعْسُوبِ الإيْمانِ وَمِيزانِ الاَعْمالِ وَسَيْفِ ذِي الجَلالِ السَّلامُ عَلى صالِحِ المُؤْمِنِينَ وَوارِث عِلْمِ النَّبِيِّينَ الحاكِمِ فِي يَوْمِ الدِّينِ السَّلامُ عَلى شَجَرَةِ التَّقْوى السَّلامُ عَلى حُجَّةِ الله البالِغَةِ وَنِعْمَتِهِ السَّابِغَةِ ونِقْمَتِهِ الدَّامِغَةِ السَّلامُ عَلى الصِّراطِ الواضِحِ وَالنَّجْمِ اللائِحِ وَالإمام النّاصِحِ وَرَحْمَةُ الله وَبَرَكاتُهُ أَنْتَ وَسِيلَتِي إِلى الله وَذَرِيعَتِي وَلِي حَقُّ مُوالاتِي وَتَأْمِيلِي فَكُنْ شَفِيعِي إِلى الله عَزَّوَجَلَّ فِي الوُقُوفِ عَلى قَضاء حاجَتِي وَهِي فَكاكِ رَقَبَتِي مِنَ النَّارِ وَاصْرِفْنِي فِي مَوْقِفِي هذا بِالنُّجْحِ وَبِما سَأَلْتُهُ كُلَّهُ بِرَحْمَتِهِ وَقُدْرَتِهِ اللّهُمَّ ارْزُقْنِي عَقْلاً كامِلاً وَلُبَّاً راجِحاً وَقَلْباً زَكِيّاً وَعَملاً كَثِيراً وَأَدَباً بارِعاً وَاجْعَلْ ذلِكَ كُلَّهُ لِي وَلا تَجْعَلْهُ عَلَيَّ بِرَحْمَتِكَ ياأَرْحَمَ الرَّاحِمِينَ

Tərcüməsi

Salam olsun imamlar atasına, nübuvvət sirdaşına və Peyğəmbərlə (s) qardaşlıq üçün seçilənə! Salam olsun iman öndərinə, əməl mizanına, əzəmətli Allahın qılıncına! Salam olsun iman əhlinin ən ləyaqətlisinə, peyğəmbərlik elminin varisinə, Qiyamət gününün hakiminə! Salam olsun təqva ağacına! Salam olsun Allahın inkarolunmaz sübutuna, uca nemətinə və (düşmənlərini həlak edən) şiddətli qisasına! Allahın salamı, rəhməti və bərəkəti olsun aydın yola, parlaq ulduza və xeyirxah imama! Sən məni Allaha qovuşduran və yönəldənsən, Səni sevmək və arzulamaq mənim borcumdur. Odur ki, izzətli və əzəmətli Allah yanında hacətimi istəyərkən şəfaətçim ol! Hacətim də cəhənnəm atəşindən qurtulmaqdır. Səni and verirəm Allahın rəhmət və qüdrətinə, məni buradan uğura və arzularının hamısına çatmış halda yola sal! İlahi, ağlımı kamil, düşüncəmi iti, qəlbimi pak, əməlimi çox, əxlaqımı gözəl et! Ey mehribanların ən mehribanı! Öz rəhmətinlə istədiklərimi xeyrimə yönəlt, ziyanıma yox.

 

 

hacishahin.az