Dualar

Həzrət Peyğəmbərin (s) ziyarəti

Qarşınızdakı ziyarətnamə Həzrət Peyğəmbəri (s) uzaqdan ziyarət etmək üçündür. Müqəddəs Mədinə şəhərinə ziyarət gedə bilməyənlər istənilən vaxt və istənilən yerdə əziz Peyğəmbərimizi (s) bu sözlərlə salamlaya bilər. Qeyd edək ki, bu ziyarətnaməni İmam Rza (ə) öz səhabəsinə öyrədib və hər namazdan sonra oxumasını tövsiyə edib.

Ərəbcə yazılışı

اَلسَّلاٰمُ عَلَیْکَ یٰا رَسُولَ اللهِ وَرَحْمَةُ اللهِ وَبَرَکاتُهُ، اَلسَّلاٰمُ عَلَیْکَ یٰا مُحَمَّدَ بْنَ عَبدِاللهِ، اَلسَّلاٰمُ عَلَیْکَ یٰا خِیَرَةَ اللهِ، اَلسَّلاٰمُ عَلَیْکَ یٰا حَبیبَ اللهِ، اَلسَّلاٰمُ عَلَیْکَ یٰا صَفْوةَ اللهِ، اَلسَّلاٰمُ عَلَیْکَ یٰا أَمینَ اللهِ، أَشْهَدُ أَنَّکَ رَسُولُ اللهِ، وَأَشْهَدُ أَنَّکَ مُحَمَّدُ بْنُ عَبدِاللهِ، وَأَشْهَدُ أَنَّکَ قَدْ نَصَحْتَ لِأُمَّتِکَ، وَجٰاهَدْتَ فی سَبیلِ رَبِّکَ، وَعَبَدْتَهُ حَتّىٰ أَتٰاکَ الْیَقینُ، فَجَزٰاکَ اللهُ یٰا رَسُولَ اللهِ أَفْضَلَ مٰا جَزىٰ نَبِیّاً عَنْ أُمَّتِهِ اَللّـٰهُمَّ صَلِّ عَلىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، أَفْضَلَ مٰا صَلَّیْتَ عَلىٰ اِبرٰاهیمَ وَآلِ إبْرٰاهیمَ، إِنَّکَ حَمیدٌ مَجیدٌ

Tərcüməsi

Allahın salam, rəhmət və bərəkəti üzərinə olsun, ey Allahın rəsulu! Salam olsun sənə, ey Abdullahın oğlu Məhəmməd. Salam olsun sənə, ey Allahın üstünlük verdiyi kəs. Salam olsun sənə, ey Allahın sevdiyi kəs. Salam olsun sənə, ey Allahın seçdiyi kəs. Salam olsun sənə, ey Allahın etibar etdiyi kəs. Şəhadət verirəm ki, sən Allahın elçisisən. Şəhadət verirəm ki, sən Abdullahın oğlu Məhəmmədsən. Şəhadət verirəm ki, sən ümmətinə nəsihət verdin, Rəbbin yolunda çalışdın və ömrünün sonunadək Ona bəndəlik etdin. Bir peyğəmbər ümmətindən necə mükafat ala bilərsə, Allah sənə o mükafatı versin! İlahi, İbrahim və onun soyuna verdiyin ən üstün xeyir-bərəkəti Məhəmməd və onun soyuna göndər. Həqiqətən, alqış və sitayiş Sənə aiddir.