Dualar

Təvəssül duası

İslamda ən məşhur münacatlardan olan Təvəssül duası mötəbər sənədlərlə nəql olunub. Bu duanı oxuyan Peyğəmbər (s) və Əhli-Beyt (ə) vasitəsilə Allahdan hacətlər istəməklə yanaşı ilahi övliyalarla dərdləşir, yaxın ünsiyyət qurur. Hesab olunur ki, hacətlərin rəva olmasında çıx təsirli duadır. 

Ərəbcə yazılışı

Tərcüməsi

Bağışlayan və Mehriban Allahın adı ilə

 

İlahi,  rəhmət elçisi olan Peyğəmbərinin (s) adını tutub diləklərim üçün qapına gəlirəm.

 

Ey Əbəl-Qasim! Ey Allahın rəsulu! Ey rəhmət imamı! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Əbəl-Həsən! Ey möminlər əmiri! Ey Əli ibni Əbu-Talib! Ey Allahın hüccəti! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Fatimeyi-Zəhra! Ey Həzrət Məhəmmədin (s) qızı! Ey Peyğəmbərin gözünün nuru! Ey bizim sahibəmiz, xanımımız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Əba-Məhəmməd! Ey Həsən ibni Əli! Ey Müctəba (seçilmiş)! Ey peyğəmbər balası! Ey Allahın hüccəti! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Əba-Əbdillah! Ey Hüseyn ibni Əli! Ey Şəhid! Ey peyğəmbər balası! Ey Allahın hüccəti! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Əbəl-Həsən! Ey Əli ibni Hüseyn! Ey Zeynəlabidin (abidlərin zinəti)! Ey peyğəmbər balası! Ey Allahın hüccəti! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Əba-Cəfər! Ey Məhəmməd ibni Əli! Ey Baqir (elmi açan)! Ey peyğəmbər balası! Ey Allahın hüccəti! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Əba-Əbdillah! Ey Cəfər ibni Məhəmməd! Ey Sadiq (hər sözü mötəbər)! Ey peyğəmbər balası! Ey Allahın hüccəti! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Əbəl-Həsən! Ey Musa ibni Cəfər! Ey Kazim (təmkinli)! Ey peyğəmbər balası! Ey Allahın hüccəti! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Əbəl-Həsən! Ey Əli ibni Musa! Ey Rza (xoşnud, xoşhal)! Ey peyğəmbər balası! Ey Allahın hüccəti! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Əba-Cəfər! Ey Məhəmməd ibni Əli! Ey Təqi (təqvalı) və Cavad (səxavətli)! Ey peyğəmbər balası! Ey Allahın hüccəti! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Əbəl-Həsən! Ey Əli ibni Məhəmməd! Ey Hadi (yol göstərən) və Nəqi (paklığı ilə seçilən)! Ey peyğəmbər balası! Ey Allahın hüccəti! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Əba-Məhəmməd! Ey Həsən ibni Əli! Ey Zəki (təmiz qəlbli) və Əskəri! Ey peyğəmbər balası! Ey Allahın hüccəti! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Ey Həsənin varisi və hüccət olan ilahi canişin! Ey Məhəmməd ibni Həsən! Ey Qaim (zühur edəcək) və Müntəzər (intizarı çəkilən) Mehdi! Ey peyğəmbər balası! Ey Allahın hüccəti! Ey bizim sərvərimiz, mövlamız! Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və bağlanırıq. Hacətlərimizi səninlə bölüşürük. Sən Allaha yaxınsan, Onun hüzurunda şəfaətçimiz ol!

 

Burada Allaha dua edib, hacətləri istədikdən sonra oxu:

 

Ey mənim sərvərlərim, mövlalarım! Sizin adınızı tutub Allahın hüzuruna gəldim. Siz mənim yoxsul və möhtac günümdə imamlarım və dəstəyimsiniz. Sizinlə Allaha bağlandım, Sizdən Allah yanında şəfaət dilədim. Siz də Allah yanında şəfaətçim olun, günahlarıma əlac edin. Axı Siz məni Allaha bağlayan bağsınız. Sizi sevir, özümü sizə yaxın bilirəm deyə, ümid edirəm ki, Allah məni xilas edəcək. Siz də Allah yanında ümidimi doğruldun. Ey mənim sərvərlərim, mövlalarım. Allah Sizin hamınıza xeyir bərəkət versin! Sizə zülm edən Allah düşmənlərinin hamısı lənətə gəlsin! Amin, ey Aləmlərin Rəbbi!