Dualar

Cövşən-Kəbir duası

“Cövşən-Kəbir” ərəbcədən “böyük zireh” kimi tərcümə olunur. Duaya belə bir adın verilməsi maraqlı bir hadisə ilə bağlıdır. Döyüşlərin birində əziz İslam peyğəmbəri həzrət Məhəmməd (s) ağır və bahalı bir zireh geyinmişdi. Zirehin ağırlığından əziyyət çəkən peyğəmbərə (s) Cəbrayıl nazil olur, onu salamladıqdan sonra Allahın sözünü çatdırır: “Zirehi əynindən çıxart və bu duanı oxu. Çünki, bu dua özün və ümmətin üçün əmniyyət və təhlükəsizlikdir”. Duanın həm maddi, həm mənəvi vəziyyətə müsbət təsirləri barədə müxtəlif hədislər nəql olunub. Dua Allah-Təalanı min adı ilə çağırmaqdan ibarətdir. Oxucunun diqqəti bütövlükdə Allaha yönəlir və Onun gözəl adlarının zikri ilahi mərifətin artmasına səbəb olur.

Ərəbcə yazılışı

Tərcüməsi


 

Bağışlayan və mehriban Allahın adı ilə

 

 

(1) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey Allah, əfv et! Ey Rəhman, əfv et! Ey Rəhim, əfv et! Ey Kərim, əfv et! Ey Həmişəvar, əfv et! Ey Əzəmətli, əfv et! Ey Əzəli, əvf et! Ey Bilən, əfv et! Ey Həlim, əfv et! Ey Hikmətli, əfv et! Necə də nöqsansızsan, ilahi!* Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!  (2) Ey ağalara ağalıq edən, ey dualara cavab verən, ey məqamları ucaldan, ey yaxşılıqları nəsib edən, ey günahlardan keçən, ey arzuları çin edən, ey tövbələri qəbul edən, ey çağıranların səsini eşidən, ey gizliləri bilən, ey bəlaları dəf edən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (3) Ey ən gözəl əfv edən, ey ən gözəl fəth edən, ey ən gözəl yardım edən, ey ən gözəl hökm edən, ey ən gözəl ruzi yetirən, ey ən gözəl sahib çıxan, ey ən gözəl tərif edən, ey ən gözəl yad edən, ey ən gözəl nazil edən, ey ən gözəl yaxşılıq edən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (4) Ey şan-şöhrət və gözəlliyin sahibi, ey qüdrət və kamalın sahibi, ey səltənət və cəlalətin sahibi, ey böyük və uca, ey ağır buludları var edən, ey gücü şiddətli, ey haqq-hesabı sürətli, ey cəzası ağır, ey mükafatı gözəl, ey Ümmül-Kitabın** sahibi! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(5) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey dönüyə də yaxşılıq edən, əfv et! Ey istəməyənə də yaxşılıq edən, əfv et! Ey qəzavət edən, əfv et! Ey yol göstərən, əfv et! Ey hökmranlıq edən, əfv et! Ey razı salan, əfv et! Ey minnətsiz əfv edən, əfv et! Ey nöqsanı olmayan, əfv et! Ey dada çatan, əfv et! Ey lütf və bəyan sahibi, əfv et! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (6) Ey əzəməti qarşısında hər şeyin kiçildiyi, ey qüdrəti qarşısında hər şeyin təslim olduğu, ey izzəti qarşısında hər şeyin sönükləşdiyi, ey heybəti qarşısında hər şeyin əyildiyi, ey vahiməsi qarşısında hər şeyin əzildiyi, ey dəhşəti qarşısında dağların param-parça olduğu, ey əmri ilə göyləri ucaldan, ey izni ilə yerləri qərarlaşdıran, ey ildırımın həmdlə təriflədiyi, ey mülkündə haqsızlığın olmadığı! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (7) Ey abır aparmadan bağışlayan, ey bəlaları uzaqlaşdıran, ey son ümid yeri olan, ey neməti bol-bol yetirən, ey bəxşişdə əliaçıq olan, ey yaratdıqlarına ruzi verən, ey arzulara çatdıran, ey şikayətləri eşidən, ey yaradılışa həyat verən, ey əsarətdən qurtaran! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (8) Ey həmd və səna sahibi, ey qürur və ucalıq sahibi, ey tərif və şöhrət sahibi, ey əhd və vəfa sahibi, ey əfv və razılıq sahibi, ey lütf və kərəm sahibi, ey fəzilət və son söz sahibi, ey izzət və əbədiyyat sahibi, ey kəramət və səxavət sahibi, ey xeyir-bərəkət və nemət sahibi! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! 

 

(9) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey mane olan, əfv et! Ey dəf edən, əfv et! Ey ucaldan, əfv et! Ey yaradan, əfv et! Ey bəxş edən, əfv et! Ey eşidən, əfv et! Ey cəm edən, əfv et! Ey şəfaət verən, əfv et! Ey genişləndirən, əfv et! Ey çoxaldan, əfv et! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (10) Ey yaranan hər şeyin yaradanı, ey var olan hər şeyin var edəni, ey ruzi alan hər şeyin ruzi yetirəni, ey sahibi olan hər şeyin sahibi, ey bütün qəmləri dağıdan, ey bütün dərdlərə dərman qılan, ey rəhm olunan hər şeyin rəhm edəni, ey naçar qalan hər şeyin çarə qılanı, ey ayıbı olan hər şeyin ayıbını örtən, ey pənah axtaran hər şeyə pənah verən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (11) Ey çətin vaxtımda pənahım, ey müsibətli vaxtımda ümidim, ey tənha vaxtımda munisim, ey qərib vaxtımda dostum, ey yaxşı vaxtımda ixtiyar sahibim, ey dərdli vaxtımda dada çatanım, ey sərgərdan vaxtımda yol göstərənim, ey möhtac vaxtımda varım-dövlətim, ey köməksiz vaxtımda arxa-dayağım, ey qorxu vaxtımda ürək-dirəyim! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (12) Ey gizlinləri bilən, ey günahları bağışlayan, ey eybləri örtən, ey bəlalardan qurtaran, ey qəlbləri dəyişən, ey qəlbləri sağaldan, ey qəlbləri işıqlandıran, ey qəlblərə sirdaş olan, ey həyacanı sakitləşdirən, ey qəmləri dağıdan! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(13) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey şanı uca, əfv et! Ey gözəl, əfv et! Ey qoruyan, əfv et! Ey öhdəsinə götürən, əfv et! Ey dəlalət edən, əfv et! Ey zəmanətkar, əfv et! Ey zənginləşdirən, əfv et! Ey müvəffəq edən, əfv et! Ey gücləndirən, əfv et! Ey güvənilən, əfv et! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (14) Ey azmışlara yol göstərən, ey çarəsizlərin əlindən tutan, ey çağıranlara qulaq verən, ey möhtacların dadına çatan, ey qorxanlara aman verən, ey möminlərə arxa olan, ey imkansızlara rəhm edən, ey asi bəndələrdən üz çevirməyən, ey günahkarları bağışlayan, ey məzlumun duasını eşidən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (15) Ey səxavət və xeyirxahlıq sahibi, ey fəzilət və minnətdarlıq sahibi, ey aman və əminlik sahibi, ey qüdsiyyət və eybsizlik sahibi, ey hikmət və aydınlıq sahibi, ey rəhmət və razılıq sahibi, ey dəlil və bürhan sahibi, ey əzəmət və hökmranlıq sahibi, ey ülfət və köməkdarlıq sahibi, ey əfv və güzəşt sahibi! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (16) Ey hər şeyin rəbbi, ey hər şeyin tanrısı, ey hər şeyin yaradanı, ey hər şeyin görkəm verəni, ey hər şeydən əvvəl olan, ey hər şeydən sonra olan, ey hər şeyin fövqündə duran, ey hər şeydən agah olan, ey hər şeyə qadir olan, ey hər şeyi fani ya əbədi edən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(17) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey əminlik yaradan, əfv et! Ey qoruyan, əfv et! Ey var edən, əfv et! Ey zehni açan, əfv et! Ey bəyan edən, əfv et! Ey asanlaşdıran, əfv et! Ey yerbəyer edən, əfv et! Ey zinətləndirən, əfv et! Ey xəbər verən, əfv et! Ey qismət edən, əfv et! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (18) Ey hökmranlığında səbatlı, ey iqtidarında əzəli, ey şan-şöhrətdinə əzəmətli, ey bəndələrinə rəhmli, ey hər şeydən xəbərdar, ey günhakarlarla mülayim, ey ümidləri artıqlaması ilə doğruldan, ey yaratmağında hikmətli, ey hikmətində incə, ey incəliyində əzəli! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (19) Ey yalnız Onun fəzlinə ümid olunan kəs, ey yalnız Ondan əfv istənilən kəs, ey yalnız Ondan yaxşılıq umulan kəs, ey yalnız Onun ədalətindən qorxulan kəs, ey yalnız Onun hökmranlığı əbədi olan kəs, ey yalnız Onun səltənəti səltənət olan kəs, ey rəhməti ilə hər şeyi ehtiva edən kəs, ey rəhməti qəzəbini üstələyən kəs, ey elmi ilə hər şeyi bilən kəs, ey misli olmayan kəs! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (20) Ey qəm-qüssəni dağıdan, ey kədəri qovan, ey günahdan keçən, ey tövbəni qəbul edən, ey məxluqu xəlq edən, ey vədə sadiq olan, ey əhdə vəfa edən, ey sirri bilən, ey toxumu bölən, ey canlıları qidalandıran! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(21) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey uca, əfv et! Ey vəfalı, əfv et! Ey ehtiyacsız, əfv et! Ey zəngin, əfv et! Ey xəfif, əfv et! Ey məmnun, əfv et! Ey təmizləyən, əfv et! Ey nəhayətsiz, əfv et! Ey güclü, əfv et! Ey ağa, əfv et!! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (22) Ey gözəllikləri aşkar edən, ey qəbahətləri gizlədən, ey sorğu-sualda güzəştə gedən, ey xəlvətdə olanı ifşa etməyən, ey əzəmətlə əfv edən, ey səhvə göz yuman, ey bağışlmağı məhdudlaşmayan, ey rəhmət ağuşunu açan, ey hamının sirrini saxlayan, ey hamının şikayətini dinləyən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (23) Ey yaxşılığının sonu olmayan, ey rəhmətinin həddi olmayan, ey artıqlaması ilə əta edən, ey hikmətində nöqsanı olmayan, ey qüdrəti kamil olan, ey sübutu qəti olan, ey möcüzəsi aşkarda olan, ey əzəməti daimi olan, ey qüvvəti mətin olan, ey şanı uca olan! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (24) Ey göyləri vücuda gətirən, ey zülmətləri yaradan, ey ağlayanlara acıyan, ey günahkarlarla barışan, ey həyanı qoruyan, ey cansıza can verən, ey ayələri nazil edən, ey xeyirə xeyir qatan, ey pisliyin kökünü kəsən, ey haqq-hesabı ciddi tutan! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! 

 

(25) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey görkəm verən, əfv et! Ey qədər yazan, əfv et! Ey tədbir tökən, əfv et! Ey paklıq verən, əfv et! Ey nur verən, əfv et! Ey asanlaşdıran, əfv et! Ey müjdələyən, əfv et! Ey çəkindirən, əfv et! Ey qabağa aparan, əfv et! Ey geri salan, əfv et! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (26) Ey müqəddəs evin rəbbi, ey müqəddəs ayın rəbbi, ey müqəddəs şəhərin rəbbi, ey rüknlə məqamın rəbbi***, ey müqəddəs Məşərin rəbbi, ey müqəddəs məscidin rəbbi***, ey halalla haramın rəbbi, ey nurla zülmətlərin rəbbi, ey salamatlıqla sülhün rəbbi, ey canlardakı gücün rəbbi! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (27) Ey hökümlülərin ən hökümlüsü, ey adillərin ən ədalətlisi, sadiqlərin ən sədaqətlisi, ey pakların ən pakizəsi, ey yaradanların ən gözəli, ey hesaba çəkənlərin ən tezi, ey eşidənlərin ən eşidəni, ey görənlərin ən bəsirətlisi, ey şəfayət edənlərin ən yaxşısı, ey kərimlərin ən kəramətlisi! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (28) Ey kimsəsizlərin dayağı, ey köməksizlərin köməyi, ey himayəsizlərin himayədarı, ey müdafiəsizlərin müdafiəsi, ey imdadsızların imdadı, ey başıaşağıların başucalığı, ey izzətsizlərin izzəti, ey əl tutulmayanlara əl tutan, ey sirdaşsızların sirdaşı, ey pənahsızların pənahı! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(29) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey qoruyan, əfv et! Ey sarsılmaz, əfv et! Ey əbədi, əfv et! Ey mehriban, əfv et! Ey nöqsansız, əfv et! Ey hökm verən, əfv et! Ey bilən, əfv et! Ey bölüşdürən, əfv et! Ey əldən alan, əfv et! Ey bolluca əta edən, əfv et! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (30) Ey ismət istəyənə ismət verən, ey nəvaziş istəyənə nəvaziş göstərən, ey əfv istəyəni əfv edən, ey yardım istəyənə yardım edən, ey qorunmaq istəyəni qoruyan, ey kərəm istəyənə kərəm edən, ey rəhbər istəyənə rəhbərlik edən, ey çarə istəyənə çarə qılan, ey dəstək istəyənə dəstək olan, ey nicat istəyənə nicat verən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (31) Ey izzəti yenilməyən, ey incəliyi sezilməyən, ey mətinliyi sarsılmayan, ey sabitliyi dəyişməyən, ey diriliyi bitməyən, ey səltənəti devrilməyən, ey əbədiliyi faniləşməyən, ey elmi müəmma tanımayan, ey ehtiyacsızlığı təmin olunmayan, ey gücü zəifləməyən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! 


(32) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey tək olan, əfv et! Ey vahid, əfv et! Ey şahid, əfv et! Ey təriflənən, əfv et! Ey tərifləyən, əfv et! Ey yol göstərən, əfv et! Ey dirildən, əfv et! Ey sahib çıxan, əfv et!  Ey ziyana salan, əfv et! Ey mənfəət verən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (33) Ey əzimlər əzimi, ey kərimlər kərimi, ey rəhimlər rəhimi, ey alimlər alimi, ey müdriklər müdriki, ey qədimlər qədimi, ey böyüklər böyüyü, ey lətiflər lətifi, ey möhtəşəmlər möhtəşəmi, ey əzizlər əzizi! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (34) Ey bağışlamaqda səxavətli, ey yaxşılıq etməkdə əzəmətli, ey xeyir verməkdə əliaçıq, ey fəzilət göstərməkdə əbədi, ey lütf etməkdə fasiləsiz, ey yaratmaqda incə, ey acıları dəf edən, ey zərəri uzaqlaşdıran, ey aləmin maliki olan, ey haqqla mühakimə edən! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (35) Ey əhdi ilə vəfalı, ey vəfası ilə qüdrətli, ey qüdrəti ilə uca, ey ucalığı ilə yaxın, ey yaxınlığı ilə lütfkar, ey lütfkarlığı ilə şərafətli, ey şərafəti ilə izzətli, ey izzəti ilə əzəmətli, ey əzəməti ilə təriflənən, ey təriflənməsi ilə tərifləyən! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(36) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey kifayət edən, əfv et! Ey şəfa verən, əfv et! Ey vəfa göstərən, əfv et! Ey əfv edən, əfv et! Ey hidayət edən, əfv et! Ey çağıran, əfv et! Ey qəzavət edən, əfv et! Ey razı qalan, əfv et! Ey uca, əfv et! Ey əbədi, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (37) Ey hər şeyi qarşısında kiçildən, ey hər şeyi qarşısında mütiləşdirən, ey hər şeyi Özü üçün var edən, ey hər şeyi vücuda gətirən, ey hər şeyin qayıdış yeri olan, ey hər şeyi lərzəyə salan, ey hər şeyə davamlılıq verən, ey hər şeyi cəzb edən, ey hər şeyi heyran edən, ey Öz vəchindən başqa hər şeyi həlak edən! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (38) Ey Ondan başqa qaçış yeri olmayan, ey Ondan başqa pənah yeri olmayan, ey Ondan başqa yönəlmə yeri olmayan, ey Ondan başqa nicat yeri olmayan, ey Ondan başqa cazibə yeri olmayan, ey Ondan başqa güc və qüdrət olmayan, ey Ondan başqa köməyə çağırılmayan, ey Ondan başqa güvənilməyən, ey Ondan başqa ümid bəslənilməyən, ey Ondan başqa ibadət olunmayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (39) Ey çəkindirənlərin ən yaxşısı, ey arzu olunanların ən yaxşısı, ey axtarılanların ən yaxşısı, ey qapısı döyülənlərin ən yaxşısı, ey can atılanların ən yaxşısı, ey yada salınanların ən yaxşısı, ey şükr olunanların ən yaxşısı, ey sevilənlərin ən yaxşısı, ey çağırılanların ən yaxşısı, ey sirdaşlıq edənlərin ən yaxşısı! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(40) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey bağışlayan, əfv et! Ey gizlədən, əfv et! Ey qüdrətli, əfv et!  Ey yox edən, əfv et!  Ey var edən, əfv et!  Ey parçalayan, əfv et!  Ey birləşdirən, əfv et!  Ey unutmayan, əfv et! Ey nəzərini çəkməyən, əfv et! Ey yardımını əsirgəməyən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (41) Ey yaradıb görkəm verən, ey təqdir edib yönəldən, ey bəlaları dəf edən, ey pıçıltıları eşidən, ey batanları çıxardan, ey həlak olanları qurtaran, ey xəstələri sağaldan, ey güldürən və ağladan, ey öldürən və dirildən, ey cütlükləri qadın və kişi yaradan! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (42) Ey yolu sudan və qurudan keçən, ey nişanələri üfüqlərdə səpələnən, ey danılmaz sübutu nişanələrindən bəlli olan, ey qüdrətini ölümlə göstərən,  ey məzarlarla ibrət verən, ey səltənətini Qiyamətdə aşkar edən, ey heybəti haqq-hesabında olan, ey qəzavəti Mizanla edən, ey mükafatı cənnətdə olan, ey cəzanı cəhənnəmlə verən! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (43) Ey qorxanların sığınacağı, ey günahkarların pənahı, ey tövbəkarların qayıdışı, ey zahidlərin rəğbəti, ey heyrətlənənlərin rahatlığı, ey sevənlərin munisi, ey aşiqlərin iftixarı, ey xətakarların əfv dilədiyi, ey yəqin əhlinin təskinliyi, ey etibar edənlərin etibarı! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(44) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey sevilən, əfv et!  Ey sağaldan, əfv et!  Ey yaxın olan, əfv et!  Ey izləyən, əfv et! Ey hesablayan, əfv et!  Ey heybətli, əfv et! Ey mükafatlandıran, əfv et! Ey cavab verən, əfv et! Ey bilən, əfv et! Ey görən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (45) Ey bütün yaxınlardan daha yaxın, ey bütün sevimlilərdən daha sevimli, ey bütün görənlərdən daha görən, ey bütün agahlardan daha agah, ey bütün şərafətlilərdən daha şərafətli, ey bütün ucalardan daha uca, ey bütün güclülərdən daha güclü, ey bütün zənginlərdən daha zəngin, ey bütün səxavətlilərdən daha səxavətli, ey bütün mehribanlardan daha mehriban! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (46) Ey məğlub edilməyən qalib, ey müəllifi olmayan müəllif, ey yaradanı olmayan yaradan, ey hökmdarı olmayan hökmdar, ey üstələyəni olmayan üstələyən, ey ucaldanı olmayan ucaldan, qoruyanı olmayan qoruyan, ey yardımçısı olmayan yardımçı, ey qayib olmayan şahid, ey uzaqlığı olmayan yaxın! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (47) Ey nurun nuru, ey nuru nurlandıran, ey nuru yaradan, ey nuru nizamlayan, ey nura ölçü verən, ey hər bir nurun nuru, ey hər bir nurdan öncəki nur, ey hər bir nurdan sonrakı nur, ey hər bir nurun fövqündəki nur, ey misli olmayan nur! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (48) Ey neməti mübarək, ey işi incə, ey lütfü tükənməz, ey yaxşılığı sonsuz, ey sözü haqq, ey vədi düz, ey əfvi nemət, ey cəzası ədalət, ey zikri şirin, ey rəhməti hər şeyə şamil! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! 


(49) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey yüngülləşdirən, əfv et! Ey fəsillərə bölən, əfv et! Ey dəyişən, əfv et! Ey zəlil edən, əfv et! Ey nazil edən, əfv et! Ey bəxş edən, əfv et! Ey fəzilət verən, əfv et! Ey artıqlaması ilə verən, əfv et! Ey möhlət verən, əfv et! Ey gözəlləşdirən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (50) Ey görünmədən görən, ey yaranmadan yaradan, ey yönəldilmədən yönəldən, ey dirilmədən dirildən, ey sorğulanmadan sorğulayan, ey qidalanmadan qidalandıran, ey sığınmadan sığındıran, ey mühakimə edilmədən mühakimə edən, ey əmr almadan əmr verən, ey doğub-doğulmayan və bənəzəri olmayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (51) Ey ən yaxşı hesab aparan, ey ən yaxşı əlac edən, ey ən yaxşı nəzarət edən, ey ən yaxşı yaxınlıq göstərən, ey ən yaxşı cavab verən, ey ən yaxşı dostluq edən, ey ən yaxşı himayə edən, ey ən yaxşı havadarlıq edən, ey ən yaxşı ağalıq edən, ey ən yaxşı köməyə gələn! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (52) Ey ariflərin sevinci, ey aşiqlərin arzusu, ey axtaranların munisi, ey tövbəkarların sevgisi, ey yoxsulların ruzi verəni, ey günahkarların ümidi, ey abidlərin gözünün nuru, ey bəlalıların xilası, ey qəmlilərin əlacı, ey əvvəlkilərin və sonrakıların rəbbi! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(53) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey rəbbimiz, əfv et!  Ey məbudumuz, əfv et! Ey sahibimiz, əfv et!  Ey mövlamız, əfv et!  Ey köməyimiz, əfv et! Ey himayədarımız, əfv et!  Ey sübutumuz, əfv et!  Ey dayağımız, əfv et! Ey sevimlimiz, əfv et! Ey təbibimiz, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (54) Ey peyğəmbərlərlə salehlərin rəbbi, ey dürüstlərlə yaxşıların rəbbi, ey cənnətlə cəhənnəmin rəbbi, ey böyüklərlə kiçiklərin rəbbi, ey toxumlarla meyvələrin rəbbi, ey çaylarla ağacların rəbbi, ey meşələrlə səhraların rəbbi, ey yerlərlə dənizlərin rəbbi, ey gecələrlə gündüzlərin rəbbi, ey məlumlarla naməlumların rəbbi! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (55) Ey əmri hər şeyə nüfuz edən, ey elmi hər şeyi əhatə edən, ey qüdrəti hər şeyə yetən, ey nemətinin sayı bəndələrə bəlli olmayan, ey şükrü məxluqlar üçün mümkün olmayan, ey cəlalı dərk olunmayan, ey həqiqəti xəyallara sığmayan, ey libası əzəmət və ucalıq olan, ey qərarı öz əlində olan, ey mülkündən başqa mülk olmayan, ey nemətindən başqa nemət olmayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (56) Ey ən oxşamalı sifətlər sahibi, ey ən uca sifətlər sahibi, ey dünya və axirət sahibi, ey asayişli cənnət sahibi, ey böyük nişanələr sahibi, ey gözəl adlar sahibi, ey hökm ilə qərar sahibi, ey hava ilə fəza sahibi, ey ərş ilə fərş sahibi, ey uca göylər sahibi! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(57) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey çox əfv edən, əfv et! Ey pərt etmədən bağışlayan, əfv et! Ey səbri tükənməyən, əfv et! Ey dəyər verən, əfv et! Ey mehribanlıq göstərən, əfv et! Ey şəfqət saçan, əfv et! Ey çağırılıan, əfv et! Ey eşqini büruzə verən, əfv et! Ey nöqsansızlığı ilə heyrətə gətirən, əfv et! Ey müqəddəs, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (58) Ey göylərdə əzəməti tanınan, ey yerdə nişanələri görünən, ey dəlili hər şeydə aşkarlaşan, ey dənizlərdə əcaiblik yaradan, ey dağlarda xəzinələr saxlayan, ey məxluqları yaratdıqca yaradan, ey hər şeyin hədəfi olan, ey hər şeydə lütfü görsənən, ey hər şeyi gözəl xəlq edən, ey yaranmışlar üzərində qüdrəti olan! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (59) Ey dostu olmayanın dostu, ey təbibi olmayanın təbibi, ey qəbul edilməyəni qəbul edən, ey həmdərdi olmayanın həmdərdi, ey yoldaşı olmayanın yoldaşı, ey köməyi olmayanın köməyi, ey bələdçisi olmayanın bələdçisi, ey munisi olmayanın munisi, ey rəhm görməyənin rəhm edəni, ey kimsəsi olmayanın kimsəsi! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (60) Ey qane olmaq istəyəni qane edən, ey hidayət istəyəni hidayət edən, ey qorunmaq istəyəni qoruyan, ey nəzər istəyənə nəzər edən, ey şəfa istəyənə şəfa verən, ey hökm istəyənə hökm çıxaran, ey ehtiyacsızlıq istəyəni ehtiyacsız edən, ey vəfa istəyənə vəfalı olan, ey güc istəyənə güc verən, ey böyük istəyənə böyüklük edən! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(61) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey xəlq edən, əfv et! Ey ruzi verən, əfv et! Ey danışan, əfv et! Ey düz deyən, əfv et! Ey yaran, əfv et! Ey ayıran, əfv et! Ey üzə çıxaran, əfv et! Ey birləşdirən, əfv et! Ey qabaqlayan, əfv et! Ey məqamı uca əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (62) Ey gecə ilə gündüzü əvəzləyən, ey zülmətlərlə nuru yaradan, ey kölgə ilə istini ərsəyə gətirən, ey günəşlə ayı idarə edən, ey xeyirlə şəri müəyyən edən, ey ölümlə həyatı yaradan, ey maddə ilə məna əlində olan, ey zövcə ilə övlada yiyələnməyən, ey mülkündə şəriki olmayan, ey müdafiəçiyə ehtiyac duymayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (63) Ey arzulayanların arzusundan xəbərdar olan, ey susanların sirrini bilən, ey gücsüzlərin fəryadını eşidən, ey qorxanların göz yaşlarını görən, ey istəyənlərin istədikləri əlində olan, ey tövbəkarların üzrünü qəbul edən, ey fəsadçıların əməlini islah etməyən, ey xeyixahları əcrsiz qoymayan, ey ariflərin qəlbindən uzaqlaşmayan, ey səxavətlilərin ən səxavətlisi! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (64) Ey həmişə var olan, ey duaları eşidən, ey nemətləri artıran, ey xətalardan keçən, ey göyləri yaradan, ey sınağı yaxşılıq olan, ey sitayişi gözəllik gətirən, ey ucalığı əzəli olan, ey vəfası tükənməyən, ey mükafatıyla şərəfləndirən! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(61) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey xəlq edən, əfv et! Ey ruzi verən, əfv et! Ey danışan, əfv et! Ey düz deyən, əfv et! Ey yaran, əfv et! Ey ayıran, əfv et! Ey üzə çıxaran, əfv et! Ey birləşdirən, əfv et! Ey qabaqlayan, əfv et! Ey məqamı uca, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (62) Ey gecə ilə gündüzü əvəzləyən, ey zülmətlərlə nuru yaradan, ey kölgə ilə istini ərsəyə gətirən, ey günəşlə ayı idarə edən, ey xeyirlə şəri müəyyən edən, ey ölümlə həyatı yaradan, ey maddə ilə məna əlində olan, ey zövcə ilə övlada yiyələnməyən, ey mülkündə şəriki olmayan, ey müdafiəçiyə ehtiyac duymayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (63) Ey arzulayanların arzusundan xəbərdar olan, ey susanların sirrini bilən, ey gücsüzlərin fəryadını eşidən, ey qorxanların göz yaşlarını görən, ey istəyənlərin istədikləri əlində olan, ey tövbəkarların üzrünü qəbul edən, ey fəsadçıların əməlini islah etməyən, ey xeyixahları əcrsiz qoymayan, ey ariflərin qəlbindən uzaqlaşmayan, ey səxavətlilərin ən səxavətlisi! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (64) Ey həmişə var olan, ey duaları eşidən, ey nemətləri artıran, ey xətalardan keçən, ey göyləri yaradan, ey sınağı yaxşılıq olan, ey sitayişi gözəllik gətirən, ey ucalığı əzəli olan, ey vəfası tükənməyən, ey mükafatıyla şərəfləndirən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! 

 

(65) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey örtən, əfv et! Ey bağışlayan, əfv et! Ey qalib, əfv et! Ey güc sahibi, əfv et! Ey səbri tükənməyən, əfv et! Ey yaxşılıq edən, əfv et! Ey ixtiyar sahibi, əfv et! Ey açan, əfv et! Ey ruh verən, əfv et! Ey rahat edən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (66) Ey yaradanım və görkəm verənim, ey ruzi yetirənim və böyüdənim, ey çörək verənim və sirab edənim, ey məni yaxın bilən və yanına buraxan, ey məni öhdəsinə götürən və qane edən, ey qoruyanım və himayə edənim, ey ehtiyacımı verən və məni əziz tutan, ey uğur verənim və hidayət edənim, ey ürəyimi açdığım və arxa-dayağım, ey canımı alan və həyat verənim! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (67) Ey sözləri ilə haqqı bərqərar edən, ey bəndələrinin tövbəsini qəbul edən, ey insanın nəfsi ilə ruhu arasında duran, ey şəfaət üçün icazə verən, ey yolunu azmışları yaxşı tanıyan, ey etiraz edilməyəcək hökm verən, ey rədd edilməyəcək qərar çıxaran, ey hər şeyi əmrinə ram edən, ey qüdrtəti ilə göyləri bükən, ey rəhmətinin müjdəsi kimi küləkləri əsdirən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (68) Ey yeri məskən qərar verən, ey dağları dayaq qərar verən, ey günəşi çıraq qərar verən, ey ayı nur qərar verən, ey gecəni örtük qərar verən, ey gündüzü qayğı vaxtı qərar verən, ey yuxunu istirahət qərar verən, ey göyü bina edən, ey hər şeyə cüt qərar verən, ey cəhənnəmi pusquda qərar verən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

 (69) İlahi, Səndən Öz adına xatir diləyirəm!Ey dinləyən, əfv et! Ey şəfaətçi, əfv et! Ey ucaməqamlı, əfv et! Ey məğlubedilməz, əfv et! Ey gecikdirməyən, əfv et! Ey yaradan, əfv et! Ey böyük, əfv et! Ey qüdrətli, əfv et! Ey xəbərdar, əfv et! Ey pənah verən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!  (70) Ey hər bir diridən öncəki diri, ey hər bir diridən sonrakı diri, ey heç bir dirinin bənzəmədiyi diri, ey heç bir dirinin şəriki olamayan diri, ey heç bir diriyə eytiyacı olmayan diri, ey hər bir dirini öldürən diri, ey hər bir dirini qidalandıran diri, ey diriliyi əxz etməyən diri, ey ölüləri dirildən diri, ey yuxu və mürgü bilməyən həmişəvar diri! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!  (71) Ey zikri unudulmayan, ey nuru sönməyən, ey neməti hesaba gəlməyən, ey hökmranlığı tükənməyən, ey tərifi bitməyən, ey cəlalı təsəvvürə gəlməyən, ey kamalı dərk olunmayan, ey hökmü rədd edilməyən, ey sifətləri dəyişməyən, ey xüsusiyyətləri əvəzlənməyən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!  (72) Ey aləmlərin rəbbi, ey qiyamət gününün sahibi, ey axtaranların axtardığı, ey pənah aparanların pənahı, ey qaçanları yaxalayan, ey səbrliləri sevən, ey tövbəkarları sevən, ey paklanmışları sevən, ey xeyirxahları sevən, ey hidayət olunmuşları yaxşı tanıyan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(73) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey şəfqətli, əfv et! Ey dostluğu sevən, əfv et! Ey hifz edən, əfv et! Ey ehtiva edən, əfv et! Ey qüvvətləndirən, əfv et! Ey fəryada yetən, əfv et! Ey izzətləndirən, əfv et! Ey alçaldan, əfv et! Ey başlanğıc verən, əfv et!Ey sona çatdıran, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (74) Ey ziddi olmadan tək olan, ey misli olmadan yeganə olan, ey nöqsanı olmadan ehtiyacsız olan, ey necəliyi olmadan bir olan, ey zülm etmədən qərar verən, ey yardımçı götürmədən rəbb olan, ey xarlıq bilmədən izzətli olan, ey yoxsulluq bilmədən zəngin olan, ey devrilmək bilmədən hökmdar olan, ey bənzəri göstərilmədən vəsf olunan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (75) Ey zikri zikredənlər üçün şərəf, ey şükrü şükredənlər üçün uğur, ey həmdi həmdedənlər üçün izzət, ey itaəti itaətkarlar üçün nicat, ey qapısı gələnlər üçün açıq, ey yolu tövbəkarlar üçün bəlli, ey nişanələri baxanlar üçün aydın, ey Kitabı təqvalılar üçün xatırlama, ey ruzisi itaətkar və günahkar üçün eyni, ey rəhməti xeyirxahlar üçün yaxın! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (76) Ey adı mübarək, ey böyüklüyü uca, ey ilahiliyi şəriksiz, ey tərifi şanlı, ey adları müqəddəs, ey varlığı əbədi, ey gözəlliyi əzəmət, ey libası izzət, ey xeyri hesabsız, ey nemətləri saysız! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(77) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey yardımçı, əfv et! Ey əmin, əfv et! Ey aydın, əfv et! Ey mətin, əfv et! Ey sabit, əfv et! Ey yolgöstərən, əfv et! Ey təriflənən, əfv et! Ey şanlı, əfv et! Ey güclü, əfv et! Ey şahid, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (78) Ey uca ərşin sahibi, ey düz sözün sahibi, ey yüksəldən işlərin sahibi, ey ağır bəlanın sahibi, ey vəd və xəbərdarlıq sahibi, ey sitayişəlayiq sahib, ey istədiyini edən, ey uzaqlaşmayan yaxın, ey hər şeyi görən, ey bəndələrinə haqsızlıq etməyən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (79) Ey şəriki və vəziri olmayan, ey bənzəri və misli olmayan, ey günəşi və işıqlanmış ayı yaradan, ey əliüzülmüş fəqiri varlandıran, ey körpə uşağa ruzi yetirən, ey yaşlı ağsaqqala rəhm edən, ey sınmış sümükləri birləşdirən, ey qorxub sığınanı amanda saxlayan, ey bəndələrini tanıyan və eşidən, ey hər şeyə qadir olan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (80) Ey səxavət və nemət sahibi, ey fəzilət və kərəm sahibi, ey lövhə və qələmin xaliqi, ey qarışqa və insanın yaradanı, ey bəla və intiqamın sahibi, ey ərəb və əcəmin ilhamçısı, ey ziyan və acını dəf edən, ey sirri və gizlini bilən, ey Kəbə evinin və məscidül-hərəmin rəbbi, ey hər şeyi yoxdan yaradan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(81) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey fail, əfv et! Ey təyin edən, əfv et! Ey qəbul edən, əfv et! Ey kamilləşdirən, əfv et! Ey ayıran, əfv et! Ey qovuşduran, əfv et! Ey ədalətli, əfv et! Ey qalib gələn, əfv et! Ey tələb edən, əfv et! Ey bəxş edən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (82) Ey əliaçıqlığı ilə nemət verən, ey səxavəti ilə kərəm edən, ey lütfü ilə səxavət göstərən, ey qüdrəti ilə izzətli olan, ey hikməti ilə qüdrətini göstərən, ey tədbiri ilə hökm verən, ey elmi ilə tədbir tökən, ey həlimliyi ilə güzəştə gedən, ey ucalığı ilə yaxın gələn, ey yaxınlığı ilə uca qalan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (83) Ey istədiyini yaradan, ey istədiyini edən, ey istədiyini hidayət edən, ey istədiyini azdıran, ey istədiyini cəzalandıran, ey istədiyini bağışlayan, ey istədiyini ucaldan, ey istədiyini alçaldan, ey istədiyini bətnlərdə vücuda gətirən, ey istədiyinə rəhm edən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (84) Ey xanımı və övladı olmayan, ey hər şeyin ölçüsünü təyin edən, ey qərarı şəriksiz verən, ey mələkləri elçi kimi göndərən, ey bürclərlə göyü bəzəyən, ey yeri məskən edən, ey insanı sudan yaradan, ey hər şeyə müddət təyin edən, ey elmi ilə hər şeyi əhatə edən, ey hər şeyin sayını bilən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(85) İlahi, Səndən Öz adına xatir diləyirəm!Ey əvvəl, əfv et! Ey axır, əfv et! Ey aşkar, əfv et! Ey gizli, əfv et! Ey xeyirxah, əfv et! Ey haqq, əfv et! Ey vahid, əfv et! Ey yeganə, əfv et! Ey ehtiyacsız, əfv et! Ey əbədi, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (86) Ey tanınanların ən yaxşısı, ey ibadət olunanların ən fəzilətlisi, ey şükr olunanların ən şanlısı, ey zikr olunanların ən izzətlisi, ey tərif olunanların ən ulusu, ey can atılanların ən qədimi, ey vəsf olunanların ən ucası, ey üz tutulanların ən böyüyü, ey qapısı döyülənlərin ən səxavətlisi, ey sevilənlərin ən şərafətlisi! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (87) Ey ağlayanların sevimlisi, ey güvənənlərin sahibi, ey azmışların hidayətçisi, ey möminlərin ağası, ey zikr edənlərin munisi, ey darıxanların pənahı, ey sədaqətlilərin xilası, ey qüdrətlilərin ən qüdrətlisi, ey bilənlərin ən biləni, ey bütün məxluqatın Allahı! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (88) Ey uca ola-ola qalib gələn, ey hökmdar ola-ola təqdir edən, ey gizlin qala-qala hər şeyi bilən, ey məbud ola-ola təşəkkür edən, ey sözündən çıxılsa belə bağışlayan, ey fikirlərə belə sığmayan, ey bəsirətlə belə dərk olunmayan, ey heç bir şeyi gözdən buraxmayan, ey bəşəriyyətə ruzi verən, ey hər şeyin miqdarını təyin edən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(89) İlahi, Səndən Öz adına xatir diləyirəm!Ey hifz edən, əfv et! Ey var edən, əfv et! Ey yaradan, əfv et! Ey uca olan, əfv et! Ey əlac edən, əfv et! Ey açan, əfv et! Ey açıqlayan, əfv et! Ey zamin duran, əfv et! Ey əmr verən, əfv et! Ey qadağa qoyan, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (90) Ey qeybi bilən yeganə kəs, ey pisliyi dəf edən yeganə kəs, ey varlığı yaradan yeganə kəs, ey günahları bağışlayan yeganə kəs, ey neməti yarımçıq verməyən yeganə kəs, ey qəlbləri dəyişən yeganə kəs, ey işləri idarə edən yeganə kəs, ey yağışı yağdıran yeganə kəs, ey ruzini artıran yeganə kəs, ey ölüləri dirildən yeganə kəs! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!(91) Ey zəiflərin dayağı, ey qəriblərin yoldaşı, ey övliyaların köməyi, ey düşmənləri yıxan, ey səmanı ucaldan, ey seçilmişlərin munisi, ey təqvalıların məhbubu, ey fəqirlərin sərvəti, ey varlıların tanrısı, ey kərimlərin kərimi! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!(92) Ey heçnəyə ehtiyacı olmayan, ey hərşeyin üzərində duran, ey heçnəyə bənzəməyən, ey mülkündə heçnəyi artmayan, ey heçnəyi gözdən qaçırmayan, ey xəzinəsindən heçnəyi azalmayan, ey heçnəyin misli olmayan, ey elmində heçnəyin müamması olmayan, ey hər şeydən xəbərdar olan, ey rəhməti ilə hər şeyi əhatə edən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

 (93) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey ikram edən, əfv et! Ey çörək verən, əfv et! Ey nemət göndərən, əfv et! Ey əta edən, əfv et! Ey ehtiyacsız edən, əfv et! Ey zənginlik verən, əfv et! Ey yox edən, əfv et! Ey həyat verən, əfv et! Ey məmnun edən, əfv et! Ey nicat verən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (94) Ey hər şeyin əvvəli və sonu, ey hər şeyin tanrısı və sahibi, ey hər şeyin rəbbi və surət verəni, ey hər şeyi vücuda gətirən və yaradan, ey hər şeyi təhvil alan və dəyərləndirən, ey hər şeyi başlayan və tamamlayan, ey hər şeyin mənşəyi və qədər təyin edəni, ey hər şeyi var edən və hərəkətə gətirən, ey hər şeyi dirildən və öldürən, ey hər şeyə yaradılış verən və sahib çıxan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (95) Ey ən gözəl yad edən və yad olunan, ey ən gözəl təşəkkür edən və təşəkkür olunan, ey ən gözəl tərif edən və tərif olunan, ey ən gözəl müşahidə edən və müşahidə olunan, ey ən gözəl çağıran və çağırılan, ey ən gözəl cavab verən və cavab alan, ey ən gözəl dost tutan və dost tutulan, ey ən gözəl yoldaş və həmnişin, ey ən gözəl üz tutulan və can atılan, ey ən gözəl sevən və sevilən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (96) Ey Onu çağıranlara cavab verən, ey Ona itaət edənləri sevən, ey Onu sevənlərə yaxın olan, ey Ona sığınanları qoruyan, ey Ona ümid edənlərə kərəm edən, ey Ona günah edənlərlə yumşaq davranan, ey əzəmətində rəhimli olan, ey hikmətində əzəmətli olan, ey yaxşılığında əbədi olan, ey müştaqlarını tanıyan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

(97) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey səbəb salan, əfv et! Ey rəğbətləndirən, əfv et! Ey halı dəyişən, əfv et! Ey arxaca gələn, əfv et! Ey tərtib edən, əfv et! Ey qorxuya salan, əfv et! Ey xəbərdarlıq edən, əfv et! Ey yada salan, əfv et! Ey ram edən, əfv et! Ey dəyişiklik verən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (98) Ey elmi əzəli, ey vədi doğru, ey lütfü aşkar, ey əmri gerçəkləşən, ey kitabı aydın, ey qərarı icra olunan, ey Quranı şanlı, ey iqtidarı əbədi, ey fəzli hər şeyə şamil, ey ərşi əzəmətli! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!(99) Ey birini eşitməsi başqasını eşitməkdən yayındırmayan, ey bir iş görməsi başqa iş görməyinə mane olmayan, ey biri ilə danışması başqası ilə danışmasını əngəlləməyən, ey birinin istəyi ilə başqasının istəyini səhv salmayan, ey bir şeyi görməsi başqa bir şeyi gözündən yayındırmayan, ey hacət istəyənlərdən bezməyən, ey arzu edənlərin nəhayət arzusu, ey ariflərin nəhayət himməti, ey tələbkarların nəhayət tələbi, ey bütün aləmlərdə bir zərrədən də xəbərsiz olmayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!(100) Ey mülayim olan və tələsməyən, ey səxavətli olan və paxıllıq etməyən, ey sözündə düz olan və yalan danışmayan, ey bəxş edən və heyifslənməyən, ey qalib olan və məğlub edilməyən, ey əzəmətli olan və vəsfə gəlməyən, ey ədalətli olan və haqqsızlığa yol verməyən, ey ehtiyacsız olan və yoxsulluq tanımayan, ey böyük olan və kiçilməyən, ey qoruyan və diqqəti yayınmayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!

 

  

*Duanın orijinalında "Sübhanək" sözü işlənib. Adətən "pak və nöqsansızsan" kimi tərcümə olunan bu ifadə heyranlığı ifadə edir və "heyranam Sənə!", "necə də nöqsansızsan!" yaxud "necə də gözəlsən!" mənalarını verir.

 

**Burada "Kitabın anası" kimi tərcümə olunan "Ümmül-kitab" kəlməsi işlənib. Dini mənbələrdə bu sözlə Lövhi-məhfuz, səmavi kitabların ümumi mənşəyi, Quran, möhkəm ayələr və Fatihə surəsi ifadə olunub.

 

***Rükn Kəbə evinin tininə deyilir. Məqam - həzrət İbrahimin (ə) ayaq izlərinin həkk olduğu və Kəbənin yanında yerləşən daşdır. Məşər (yaxud Müzdəlifə) - Məkkə yaxınlığında yerləşən və hacıların Qurban bayramı gecəsi qaldığı bir dərədir. Müqəddəs məscid isə, Kəbə evinin yerləşdiyi Məscidül-hərəmdir.