XƏBƏRLƏR

Qədir-Xum bayramınız mübarək!

17 İyul 2022 359

"Bəzən mənəvi mövzular o qədər abstrakt görsənir ki, onların real həyatla əlaqəsiz olduğunu düşünürük. Amma bu gün alışdığımız, təbii qarşıladığımız kiçik və qlobal proseslər nə zamansa insanlığın mənəvi ehtiyaclarını qarşılamaq cəhdindən yaranıb".

Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Qədir-Xum bayramı münasibəyilə yazıb. İlahiyyatçı bildirib ki, hətta bu gün özünü güc mərkəzləri sayan ölkələr, aparıcı iqtisadi və siyasi nəzəriyyələr nə qədər maddiyyatçı və yırtıcı olsalar da mənəvi axtarışlar zəminində ərsəyə gəliblər:


"Bəli, sonralar yanlış istiqamət aldılar, dağıdıcı səmtə yönəldilər. Bunun səbəbini isə Qurani-Kərim belə izah edir:


"...Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs pis işləri əmr edər..." (Yusuf:53)


İnsan öz eqosu qarşısında gücsüzdür, onu güclü edən ilahi eşqə dayanan ictimai münasibətlərdir. Bu münasibətlər insanın diqqətini cismanilikdən ruhaniliyə çəkən, onun bütün potensialını yaradıcılğa yönəldən bir fəzada formalaşır. Qədir-Xum bunun mümkünlüyünü elan edən bir hadisədir. Quranın, yəni Allahın bəşəriyyətə son mesajının məhz Qədir-Xumda tamamlanması bu hadisənin əzəmət və əhəmiyyətinə dəlalət edir. Ona görə də həyatı sevən, hər bir insanın xoşbəxtliyini arzu edən bir şəxs üçün Peyğəmbərin (s) Qədir-Xum çıxışı həyat konsepsiyasıdır. Mənəvi ehtiyaclarını qarşılamaq üçün yola çıxan bəşəriyyəti hər cür təhlükədən sığortalayan, sapqınlıqlardan qoruyan  nəzəriyyənin doğulduğu gündür Qədir-Xum. Bayramınız mübarək!"



hacishahin.az