XƏBƏRLƏR

"Əkinçi" fərqli düşüncələrin ümumi platforması idi

22 İyul 2022 392

İlahiyyatçı Hacı Şahin Həsənli Milli Mətbuat və Jurnalistika Günü münasibətilə paylaşım edib:

 

""Əkinçi" ilk qəzetimiz olmaqla yanaşı, fərqli düşüncədə olan, fərqli məkanlarda yaşayan, lakin xalqın maariflənməsi və inkişafı üçün çalışan ziyalıların ümumi platforması idi. Bu qəzetin ərsəyə gəlib ayaqda qalmasında xalqı sevən hər kəsin əməyi var idi. İmperiya çinovniklərinin sərt nəzarətinə rəğmən "Əkinçi" öz işini gördü. Hətta sovet propaqandası Həsən bəyin xatirəsini, amallarını təhrif edə bilmədi. Milli mətbuatımızın bünövrəsi yüksək mənəviyyat, xalq sevgisi, maarifçilik, söz azadlığı, peşəkarlıq və milli birliklə inşa edildi. İnşallah, bu bünövrə illərlə yalnız bərkiyəcək. Gününüz mübarək olsun, əziz mətbuat işçiləri!"

 

hacishahin.az