XƏBƏRLƏR

Aşura günü haqqın tərəfində olduğumuzu ifadə edirik

08 Avqust 2022 332

İlahiyyatçı Hacı Şahin Həsənli Aşura günü ilə bağlı İTV kanalına müsahibə verib.  Aşuranın həmişə Azərbaycan xalqı tərəfindən geniş qeyd olunduğunu bildirən ilahiyyatçı, həmin gün insanların dəyərlərə bağlılığını ifadə etdiyini vurğulayıb. Onun sözlərinə görə, Aşura günü haqqla nahaqq üz-üzə gəldi, xalqımız da bu hadisəni yad etməklə haqqın tərəfində olduğunu bəyan edir:

"Aşura günü insanlara mərhəmət hissi aşılayır, ədalətə çağırır. Aşura gün biz haqq tərəfdarları ilə həmrəyliyimizi bildiririk.  Xalqımız həmişə haqq tərəfdarı olub, savaşımız həmişə haqq savaşı olub. 44 günlük müharibə zamanı da bir daha haqqa bağlılığımızı nümayiş etdirdik və Vətən oğulları haqqın uğrunda şəhadətə çatdılar. Bu da gənclərimizin Azərbaycan uğrunda nə qədər fədakar olduğunu ifadə etdi".

 

Hacı Şahin Həsənlinin sözlərinə görə, belə tədbirlərdə  gənclərimizə vətənpərvərlik örnəkləri təqdim olunur, şəhidlərimiz yad edilir. Habelə, ənənəvi təziyələrlə yanaş qanvermə aksiyaları da keçirilir məscidlərdə, çünki bir insana həyat bəxş etmək bəşəriyyəti diriltmək kimidir. Sonda ilahiyyatçı insanları ifrat davranışlardan uzaq durmağa çağırıb.

 

hacishahin.az