XƏBƏRLƏR

"Hər uğur, hər sevincimizlə onlara borcluyuq"

27 Sentyabr 2022 480

İlahiyyatçı Hacı Şahin Həsənli Anım günü ilə bağlı paylaşım edib:




"Əziz hərbçilər! Əziz zabit, əsgər və qazilər! Əziz şəhid ailələri! Bu gün tariximizdə dönüş nöqtəsi yaradan müqəddəs savaşda canlarını fəda edən əzizlərimizin anım günüdür. Şəhidlərimizin anım günü. Nəinki zəfərimizi, hər uğurumuzu,  hər sevincimizi borclu olduğumuz şəhidlərimizin anım günü. Bütün Vətən fədailəri olan şəhidlərimizin müqəddəs ruhu önündə baş əyir, Allahdan xalqımıza daim zəfər diləyirəm".




hacishahin.az