XƏBƏRLƏR

Müstəqillik ən mühüm hadisədir

18 Oktyabr 2022 370

İlahiyyatçı Hacı Şahin Həsənli Müstəqillik günü ilə bağlı təbrik paylaşıb:

 

"Müstəqillik - hər birimizin və bütünlükdə xalqımızın həyatında ən mühüm hadisədir. Öz dövlətimizə, öz bayrağımıza yenidən sahib olmaq üçün əziyyətli yol qət etdik, böyük qurbanlar verdik. Amma dəyərdi. Bu gün biz müstəqil ölkənin vətəndaşıyıq, vətənimizin taleyi öz əlimizdədir. Müstəqil olduğumuz üçün hər bir çətinliyin öhdəsindən gələcəyimizə əminik. Allaha bu böyük nemətə görə şükr edir, bayrağımızın hər zaman zirvələrdə dalğalanmasını arzu edirəm. Bayramınız mübarək, əziz həmvətənlər!"

 

hacishahin.az