XƏBƏRLƏR

Müəllimlərə təbrik

05 Oktyabr 2022 346

İlahiyyatçı Hacı Şahin Həsənli Müəllimlər günü ilə bağlı təbrik paylaşıb:


"Özünü və peyğəmbərlərini vəsf edərkən Allahın önə çəkdiyi əsas xüsusiyyətlərdən biri müəllimlikdir. Allah da, peyğəmbərlər də öyrədəndirlər. Elm öyrətmək həyat bəxş etməkdir, çünki elm qaranlığa işıq salır, yolu aydınladır və yaşamaq şövqünü artırır. Xalqımız hər zaman müəllimə dəyər verir, hətta ən hörmətli adamlara "müəllim" deyə müraciət edir. Bu gün gözəl və müqəddəs peşə sahibləri olan müəllimlərin günüdür. Azərbaycan müəlliminin günüdür. Öz müəllimlərimin timsalında bütün müəllimlərimizi təbrik edirəm. Allah hər zaman yar və yardımçınız olsun, əziz insanlar!"


hacishahin.az