XƏBƏRLƏR

"Vətən fədailəri" kitabının təqdimatı keçirilib

09 Oktyabr 2022 317

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Manya Səxavətqızının “Vətən fədailəri: İmişli şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.

 

Müdafiə Nazirliyinin nümayəndələri, millət vəkilləri, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, iştirak etdiyi tədbirdə ilahiyyatçı Hacı Şahin Həsənli də iştirak edib. Vətən müharibəsində qazanılan qələbənin tariximizdə mühüm yer tutduğu, bu zəfərin əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcəyi bildirilib. Qeyd olunub ki, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların müqəddəs xatirəsi daim yaşayacaq. Öz növbəsində ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, şəhidlərin ölməzliyi Qurani-Kərimdə bir metafora deyil. Şəhidlər maddi dünyanın sərhədlərini aşaraq Allah qatına ucalır və xalqının müqəddəratına daha çox təsir imkanı əldə edir. Onların insanlığa sevgisi bu dünya ilə əlaqəni qorumağa səbəb olur. 

 

Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında “Biz ölsək də ana Vətən yaşasın” adlı bədii kompozisiya təqdim olunub.

 

hacishahin.az