XƏBƏRLƏR

Şəhidlərin anım mərasimi: Bakı, Şirvan, Naxçıvan

13 Oktyabr 2022 2180

Vətən müharibəsində və sentyabrda Kəlbəcərdə erməni hücumunu dəf edərkən canlarını fəda edən şəhidlərin anım günlərində ilahiyyatçı Hacı Şahin Həsənli şəhid ailələrinə baş çəkib. Sentyabrın 17-si ilahiyyatçı ermənilərin təxribatını dəf edərkən canından keçən XTQ giziri şəhid Şirinov Poladın üç mərasiminə qatılıb.  Sentyabrın 20-si paytaxrın Binəqədi rayonunda Kəlbəcərdəki təxribatı dəf edərkən  şəhid olan digər qəhrəman Vadim Qocayevin və atası Akif Qocayevin xatirəsini anmaq üçün onlarına ailəsini ziyarət edib.  Qeyd edək ki, Akif Qocayev oğlunun xəbərini aldıqda ürəyi dözməyib və vəfat edib. Oktyabrın 11-i Hacı Şahin Həsənli Şirvan şəhərinə səfər edib. Burada şəhid nicat Hüseynovun anım mərasiminə qatılan ilahiyyatçı daha sonra şəhərin Şəhidlər xiyabanını və Ana harayı abidəsini ziyarət edib. Burada digər şəhid anaları ilə görüşən ilahiyyatçı şəhidlərimizin ruhu, vətənimiz və ordumuz üçün dua edib. Oktyabrın 12-si ilahiyyatçı Naxçıvana səfər edib. Qıvraq kəndində şəhid leytenant Elməddin Qəhrəmanovun ildönümünə qatılan ilahiyyatçı daha sonra Şaxtaxtı kəndində şəhidlər xiyabanında təşkil olunmuş tədbirə qatıldı. Tədbirdə Naxçıvanın müxtəlif rayonlarından şəhid ailələri, qazi və hərbçilər də qatılmışdı.

 

hacishahin.az

 

FOTO

 

XTQ-nin giziri şəhid Şirinov Poladın üç mərasimindən   

306516854-627299802091644-4958391907673927944-n

 

306961658-627299028758388-9198024714619938724-n

 

 

Şəhid Vadim Qocayev və atası Akif Qocayevin anım mərasimindən

307021927-629335661888058-4001471359185476317-n

 

307467236-629335905221367-5114016926229877694-n

 

 

Şirvanda şəhid ailələri ilə görüşdən

310160979-646674030154221-1502634181228482299-n

 

310180713-646673810154243-5676538303168694124-n

 

311431188-646673960154228-1720432271724392919-n

 

310634041-646673183487639-2996212232532103656-n 

 

310751433-646673833487574-7935598322755448997-n 

 

310903601-646673590154265-7805652709026967882-n

 

311109992-646673580154266-3914858971379347049-n

 

311206865-646673386820952-8677563909896349401-n 

 

311314938-646673396820951-1952556333515993486-n

 

 

Naxçıvan şəhidlərinin ziyarəti

 

310434190-647350783419879-1826457117646902031-n

 

310508592-647350586753232-1636977489464080406-n

 

310531316-647350580086566-5361021104516446193-n  

 

310970574-647350713419886-2697059495552245002-n   311413358-647339676754323-4465547585134785908-n  311495766-647339696754321-7469997585484871144-n

 

311581516-647339826754308-5675138059070885138-n