XƏBƏRLƏR

Narkomaniya mənəvi problemdir

01 Dekabr 2022 447

“Narkomaniya günümüzün böyük bəlalarından biridir. Ciddi mübarizə aparılır, amma təssüf ki, tamamilə kökünü kəsmək mümkün olmur".


News24.az-ın məlumatına görə, bunu “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə ilahiyyatçı alim Hacı  Şahin Həsənov deyib.


O bildirib ki, narkotik vasitələrə tələb olmasa, təklif olmaz: "Mövzu mənəvi və psixoloji səbəblərlə bağlıdır. Tibbi vasitələrlə biz bədənin asılılığını azalda bilərik, amma mənəvi təmizliklə problemi aradan qaldıra bilərik. Bu problemin həlli üçün ictimai məsuliyyətdən danışmalıyıq. Cəmiyyəti ailə kimi təsəvvür etməliyik. Dinimizin yanaşması da budur. 


O əlavə edib ki, gənclərdə həyat haqqında düzgün təsəvvür formalaşdırılmalıdır: "Gənclərə aşılanmalıdır ki, həyat çətinliklərədən ibarətdir. Həyatın gözəlliyi də bu çətinliklərdədir. Gənclər ləzzət axtardıqca, problemləri daha da artır. 


Gənclərin örnəklərə ehtiyacı var. Şəhidlərimiz, qazilərimiz, idman sahəsində uğur qazanan şəxslər nümunə göstərilməlidir. Bu kimi məsələlərin həllində inamın rolu böyükdür. İnsan nə üçün yaradıldığını bilərsə, anlayarsa, o, daha məsuliyyətli həyat yaşayır".


hacishahin.az