XƏBƏRLƏR

Alulbeyt təşkilatının nümayəndələri ilə görüş

30 Dekabr 2022 477

Ayətullah Seyid Əli Sistaninin ofisi nəzdindəki Alulbeyt təşkilatının idarə heyəti ilahiyyatçı Hacı Şahin Həsənli ilə görüşüb.


SHAFAQNA Xəbər gentliyinin məlumatına əsasən, Alulbeyt təşkilatının beynəlxalq məsələlər üzrə direktoru Ələddin Nəcəf, Türkdilli ölkələr üzrə direktoru Onurşan Rəhmani, Türkiyənin İğdır bölgəsindəki nümayəndəsi Əbülfəz Qocadağ, Azərbaycandakı nümayəndəsi Mirbaqir Ağayev, Azərbaycan nümayəndəliyinin sədr müavini Əli Ələskərov və şəri məsələlər üzrə məsul əməkdaşı Mütəllim Əliyev görüşdə iştirak ediblər.


Görüş zamanı Dr. Ələddin Nəcəf din alimləri arasında dialoqun müsəlmanlar arasında birliyə xidmət etdiyini vurğulayıb. Qonaqlar Azərbaycan xalqını Qarabağ zəfəri ilə bağlı təbrik edib, bu zəfərin Azərbaycan dövləti və xalqının birliyi sayəsində qazanıldığını bildiriblər. Onların sözlərinə görə, din xadimlərinin də bu işdə qatqısı çox önəmli olub. Bildirilib ki, Alulbeyt təşkilatının Vətən müharibəsi zamanı cəbhəyə qida yardımı göndərməsi çox kiçik töhfə olsa da, Azərbaycan xalqı ilə həmrəyliyi ifadə edib. Eyni zamanda müharibə gedərkən Kərbəlada, İmam Hüseynin (ə) məqbərəsində Azərbaycan ordusunun zəfəri üçün dualar kütləvi dualar olunur, bu dualar canlı yayımlanırdı.

 

hacishahin.az