XƏBƏRLƏR

Kişisayağı təfəkkür qadınsayağı təfəkkürlə birləşməsə... - TƏBRİK

13 Yanvar 2023 341

Həzrət Fatimənin (s) mövludu münasibətilə ilahiyyatçı Hacı Şahin Həsənli təbrik paylaşıb:

 

""Dünyanı sevgi xilas edəcək" deyirlər. Həddən artıq pafoslu və istismar olunmuş olsa da, bu söz həqiqəti əks etdirir.Yeni insan növünün xüsusiyyətləri ətrafında aparılan bəhslər onun intellektini, fiziologiyasını, bacarıqlarını qabardır, amma sevgini kölgədə qoyur. Hərçənd heç bir hiss sevgi qədər insanı fövqəlinsana çevirəcək qədər güclü deyil.Bunun mexanizmi isə sadədir:sevginin maddi aləmdə təcəllası olan qadınlıq layiq olduğu yeri tutmalıdır. Dünyaya hakim olan kişisayağı təfəkkür qadınsayağı təfəkkürlə birləşməsə, dünyanın xilası cəhdləri qüsurlu olaraq qalacaq".

 

İlahiyyatçı əlavə edib: 

 

"Bu gün qadınlığın mücəssiməsi olan həzrət Fatimənin (s) mövlud günüdür.Hədislərdə qeyd olunduğu kimi, xilas Fatimənin (s) bətnindən, yəni qadınlığın içindən üzə çıxacaq. Biri- biri ilə savaşan, ortaq yol tapmayan övladları yalnız sonsuz ana sevgisi birləşdirə bilər. Fatimə (s) sevgisi! Bu bayram günündə bütün xanımlara uğur, sevinc və səadət arzu edirəm. Yalnız siz, öz tükənməyən sevginizlə azad və xoşbəxt insanlıq yetişdirmək iqtidarındasınız. Bayramınız mübarək olsun!"


hacishahin.az