XƏBƏRLƏR

"Azadlığın dəyərini heç zaman unutmamalıyıq"

19 Yanvar 2023 353

İlahiyyatçı Hacı Şahin Həsənli 20 yanvar hadisələrin ildönümü ilə bağlı yazıb:

 

 

"Bu gün Azərbaycanın müstəqilliyi uğrunda canından keçən hər kəsi, o cümlədən çoxumuzun qohum və dostlarımız olan şəhidlərimizi yada salırıq. Qanlı yanvar hadisəsi zamanı mən bir yeniyetmə idim. Bununla belə cəmiyyətdə uşaqdan böyüyə kimi hamının azadlıq üçün mücadiləyə hazır olduğunu yaxşı xatırlayıram. Yaşadığımız binanın altındakı Təcili Tibbi Yardım Məntəqəsinə aparılan yaralılar, evləri güllə-baran edən hərbi texnika, şəhid olan məhəllə uşağı Namiq... Və xalqımızın sınmayan əzmi, o zaman Kirov parkı adlandırılan dağüstü parka üz tutan insan axını, orada şəhidlər xiyabanının salınması... Azadlığın dəyərini heç zaman unutmamalıyıq. Şəhidlər biz müstəqil dövlət quraq, azad yaşayaq deyə canlarından keçdilər, bizim öhdəmizə düşən bu müstəqillik və azadlığı qorumaqdır. Allah şəhidlərimizə rəhmət eləsin!"

 

 

hacishahin.az