XƏBƏRLƏR

"Səfirliyimizə hücumu qətiyyətlə qınayırıq"

27 Yanvar 2023 1658

İlahiyyatçı Hacı Şahin Həsənli İrandakı səfirliyimizə edilən hücumla bağlı münasibətini açıqlayıb:

 

"İrandakı səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu. Bu terror aktını qətiyyətlə qınayır, Allahdan şəhid olmuş igidimiz Orxan Əsgərov üçün rəhmət, yaralanmış səfirlik əməkdaşları üçün isə şəfa diləyirik. Hamımız bu ağır vəziyyətdə mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq. Bu cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik".

 

 

hacishahin.az