XƏBƏRLƏR

Şəhid Orxan Əsgərov dəfn olundu

30 Yanvar 2023 1415

Tehrandakı səfirliyimizə terror hücumu nəticəsində şəhid olmuş  səfirlik əməkdaşı Orxan Əsgərovun cənazəsi Bakıya gətirlib və yanvarın 30-u Şəhidlər xiyabanında torpağa tapşırılıb. İlahiyyatçı Hacı Şahin Həsənli şəhid Orxan Əsgərovun dəfn mərasiminə qatılaraq, cənazə namazına imamlıq edib.  Şəhidlə vidalaşmağa onun ailə üzvləri və yaxınları ilə yanaşı dövlət rəsmiləri və paytaxt sakinləri də gəlmişdi. Şəhid Orxan Əsgərov böyük izdihamla son mənzilə yola salındı.

 

hacishahin.az