XƏBƏRLƏR

QMİ-də Peyğəmbərin (s) mövludu qeyd olunub

03 Dekabr 2017 1630

Dekabrın 2-si Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd (s) peyğəmbərin mövlud günü ilə bağlı tədbir keçirilib. Bu barədə APA məlumat yayıb.

 

Tədbirdə çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə işğal altındakı torpaqlarımızın qaytarılmasını dua edib, şəhidlərimizə rəhmət diləyib. "İslam Həmrəyliyi ili" çərçivəsində aparılan işlərə toxunan Şeyxülislam qeyd edib ki, əslində İslam həmrəyliyi insan həmrəyliyinə keçidi özündə ehtiva edir.

 

Digər natiqlərin də çıxış etdiyi tədbirdə akademik V. Məmmədəliyevin 75 illik, professor Qəzənfər Paşayevin 80 illik yubileyləri münasibəti ilə çıxışlar olub, QMİ adından hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, ilahiyyatçı hacı Şahin Həsənli də tədbirdə iştirak edib.

 

 

hacishahin.az