XƏBƏRLƏR

Qədr gecələrinin əməlləri

09 Aprel 2023 26744

Qədr gecəsi Allahın kitabı, bəşəriyyətin hidayət çırağı, haqqı batildən ayıran Quran nazil olub. İslam alimlərinin bildirdiyinə görə, Qurani-Kərim peyğəmbərimizin (s) mübarək qəlbinə iki cür nazil olub: 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə. Yəni Həzrət Peyğəmbər (s) hələ insanlara Quranı çatdırıb qurtarmamışdan öncə Qədr gecəsində Allah kitabını bütövlükdə mənimsəmişdi. 


Ərəbcə “Leylətül-Qədr” ifadəsi azərbaycanca həm də “müqəddərat gecəsi” anlamına gəlir. Dinimizə əsasən, insanın seçim azadlığına malikdir və atdığı hər addım onun gələcəyini müəyyən edir. Bu baxımdan insan öz keçmişinin əsirinə çevirilir, keçmişdə etdikləri əməllərin qurbanı olur. Qədr gecəsində Allah bəndələrinə fürsət verir ki, keçmişlərinin əsirliyidən qurtulsunlar və müqəddəratlarını dəyişsinlər. Ona görə, Qədr gecəsinin necə keçirilməsi taleyüklü məsələdir. 

 

Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrindən birinə təsadüf edir. Daha doğrusu, onlardan yalnız biri Qədr gecəsi olsa da, hər gecə bir biri ilə bağlıdır. Bu gecələr əhya saxlanıldığından onlara həm də “əhya gecələri” deyilir. “Əhya” ərəbcə “diriliş, dirçəliş” deməkdir. Qədr gecəsi hər bir insanın həyatında əhəmiyyətli yer tutsa da, onun vacib ibadətləri yoxdur. Bu gecələrin həm ümumi, həm xüsusi ibadətləri vacib deyil, tövsiyə kimi buyurulub. Əhya isə onların ən mühümüdür. Allaha xatir məğrib azanından sübh azanına qədər sadəcə oyaq qalmaq, heç bir ibadət edilməsə də, savabdır.

 


Mübarək Ramazan ayının 19-cu və 21-ci gecələri həm də şəhadət günlərinə təsadüf edir. 19-cu gecə Həzrət Əli (ə) namaz üstündə zərbələnib, 21-ci gecə isə şəhid olub. Odur ki, bu gecələrdə həzrət Əlini (ə) yad etmək, onu uzaqdan da olsa ziyarət etmək bəyənilən işlərdəndir.

 

Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Qədr gecələrinin bəyənilən əməllərindən bir neçəsini diqqətinizə çatdırmaq istərdik:

 

 

1. Qüsl. Gün batanda Qədr gecəsinin qüslunu almaq, məğrib və işa namazlarını həmin qüsuldan sonra qılmaq.

 

 

 

 2. Əhya saxlamaq. Məğrib azanından sübh azanına qədər oyaq qalmaq.

 

 

 

3. Quran oxumaq. Həm ərəbcə, həm tərcümə də oxumaq olar. Yaxşı olar ki, ayələr üzərində təfəkkür edilsin.

 

 

4. Salavat. Peyğəmbər (s) və onun Əhli-Beytinə (ə) çoxlu salavat göndərmək. Salavat belə deyilir: "Allahummə salli əla Muhəmməd və ali-Muhəmməd" [tərcümə: "İlahi, Həzrət Məhəmmədə və onun pak soyuna xeyir-bərəkət ver"]

 

 

 

5. Bağışlamaq. Yaxşı olar ki, bu gecə hamıya haqqınızı halal edəsiniz. Qəsdən ya təsadüfən edilən pisliklər,  bildiyimiz və bilmədiyimiz  haqsızlıqları bağışlayaq ki, Allah da bizə rəhmət nəzəri ilə baxsın. “İlahi, mən hamını bağışladım” demək kifayətdir.

 

 

 

6. Sədəqə. Yaxşı olar ki, dualara keçməmişdən öncə sədəqə verilsin, yaxud ən azından fikirdə sədəqə ayrılsın.

 

 

 

7. İstiğfar. Tez-tez Allahdan günahların bağışlanmasını diləmək. 100 dəfə istiğfar zikrini də demək olar: "Əstəğfirullahə Rabbi və ətubu ileyh" [tərcümə: "Rəbbim Allahdan üzr diləyir və Ona tərəf qayıdıram"]

 

 

 

8. Qədr gecəsinin namazı. Bu namaz iki rükətlidir, hər rükətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu ileyh” [tərcümə: "Allahdan üzr diləyir və Ona tərəf qayıdıram"] deyilməlidir.

 

 

 

9. 100 rükətli namaz. “Qədr gecəsinin namazı” niyyəti ilə başqa namaz da qılmaq olar: 50 dəfə iki rükətli namaz. Qəza namazları olanlara tövsiyə olunur ki, bu namazı qılmaq əvəzinə 6 günün qəza namazlarını qılsınlar.

 

 

10. Quranı açıq halda qarşısına qoyub, aşağıdakı duanı oxumaq sonra isə Allahdan istəyini diləmək:

 

 

"Allahummə inni əs’əlukə bi kitabikəl-munzəli və ma fihi və fihi ismukəl-əkbəru və əsmaukəl-husna və ma yuxafu və yurca ən təc’ələni min utəqaikə minənnar"

 

 

 

[İlahi, Səni and verirəm nazil etdiyin Kitaba və onun içində olanlara -  ən uca adına, bütün gözəl adlarına, qorxulmalı və ümid bəslənməli şeylərə - məni cəhənnəm atəşindən azad et].

 

 

11. Quranı başa qoyub aşağıdakı tərzdə Allahı and vermək:

 

 

“Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli mu’minin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ə’rafu bihəqqikə minkə, bikə ya Allah (10 dəffə), bi Muhəmmədin (10 dəfə), bi Əliyyin (10 dəfə), bi Fatimətə (10 dəfə), bil-Həsəni (10 dəfə), bil Hüseyni (10 dəfə), bi Əliy-yibnil-Huseyni  (10 dəfə), bi Muhəmməd ibni Əliyyin (10 dəfə), bi Cəfər ibni Muhəmmədin (10 dəfə), bi Musə-bni-Cəfərin (10 dəfə), bi Əliy-yibni Musa (10 dəfə), bi Muhəmməd ibni Əliyyin (10 dəfə), bi Əliy-yibni-Muhəmmədin (10 dəfə), bil-Həsən ibni Əliyyin (10 dəfə), bil-Huccəti (10 dəfə)”.

 

 

 

[İlahi! Bu Qurana və onu gətirən peyğəmbərə xatir! Onun içində  mədh etdiyin bütün möminlərə və Sənin onların üzərindəki haqqına xatir! Səndən başqa Sənin haqqını tanıyan yoxdur. İlahi, Səni and verirəm Özünə, Məhəmmədə (s), Əliyə (ə), Fatiməyə (s), Həsənə (ə), Hüseynə (ə), Hüseynin oğlu Əliyə (ə), Əlinin oğlu Məhəmmədə (ə), Məhəmmədin oğlu Cəfərə (ə), Cəfərin oğlu Musaya (ə), Musanın oğlu Əliyə (ə), Əlinin oğlu Məhəmmədə (ə), Məhəmmədin oğlu Əliyə (ə), Əlinin oğlu Həsənə (ə) və Hüccətə (ə)]:

 

 

 

Allahı Özünə, həzrət peyğəmbərə (s), xanım Fatiməyə (s) və 12 imama (ə) and verdikdən sonra öz istəklərinizi diləyin.

 

 

12. İmam Hüseyn(ə) ziyarətnaməsini oxumaq:

 

 

"Əssəlamu əleykə yəbnə Rəsulillah, əssəlamu əleykə yəbnə Əmiril-muminin, əssəlamu əleykə yəbnəs-Siddiqətit-Tahirəti Fatimətə Seyyidəti-nisail-aləmin, əssəlamu əleykə ya məulaya ya Əba Əbdillah və rəhmətullahi və bərəkətuh. Əşhədu ənnəkə qəd əqəmtəs-səlah və əteytəz-zəkah və əmərtə bil-məruf və nəhəytə ənil munkər və təlautəl-Kitabə həqqə tilavətih və cahədtə fillahi həqqə cihadih və səbərtə ələl-əza fi cənbihi muhtəsibən hətta ətakəl-yəqin. Əşhədu ənnəl-ləzinə xaləfukə və harəbukə vəl-ləzinə xəzəlukə vəl-ləzinə qətəlukə məl-ununə əla lisanin-Nəbiyyil-ummiy və qəd xabə məniftəra ləənallahuz-zaliminə ləkum minəl əvvəlinə vəl-axirin və zaəfə əleyhimul əzabəl-əlim. Əteytukə ya Məulayə yəbnə Rəsulillah zairən, arifən bi həqqik, muvaliyən li əuliyaik, muadiyən li ə-daik, mustəbsirən bil-huda əlləzi əntə əleyhi arifən, bi zəlaləti mən xaləfəkə fəşfə-li ində Rəbbik. Əssəlamu əleykə ya huccətallahi fi arzihi və səmaih. Sallal-lahu əla ruhikət-teyyib və cəsədəkət-tahir. Və əleykəssalam  ya məulayə və rəhmətullahi və bərəkatuh”.

 

 

[Salam olsun sənə, ey Peyğəmbər oğlu. Salam olsun sənə, ey Möminlər sərvərinin oğlu. Salam olsun sənə, ey pak və sədaqətli xanımlar xanımı Fatimənin oğlu. Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, ey mənim ağam, ey Əba Əbdillah. Mən şahidəm ki, sən namazı dirçəltdin, zəkatı əda etdin, gözəlliklərə dəvət etdin, pisliklərdən çəkindirdin, Quranı oxunmalı kimi oxudun, Allah yolunda cihadı edilməli kimi etdin , Allaha xatir şəhid olana qədər əzab-əziyyətə səbr etdin. Şahidəm ki, sənə müxalif olanlar, səninlə savaşanlar, sənə yardım etməyənlər, səni qətlə yetirənlər Peyğəmbərin (s) lənət oxuduğu kəslərdir. Allah sizə zülm edənlərin birincisindən axrıncısına qədər hamısına lənət eləsin. Ey mənim ağam, ey Peyğəmbər balası! Sənin haqqını tanıdığım, dostlarınla dost, düşmənlərinlə düşmən olduğum, Sizin hidayət yolunuzu izləyən, düşmənlərinizin azğınlığını tanıyan bir halda ziyarətinə gəldim. Mənə Rəbbinin yanında şəfaət ver. Salam olsun sənə, ey Allahın yer və göydə hüccəti (dəlili). Allahın salam və xeyir bərəkəti olsun təmiz ruhuna və pak cisminə. Ağacan, Allahın salam, rəhmət və bərəkəti üzərinə olsun].

 

 

 

13. Həzrət Əli Əkbərin (ə) ziyarəti:

 

 

 

“Əssəlamu əleykə ya məulayə vəbnə məulay və rəhmətullahi və bərəkətuh. Ləənəllahu mən zələməkə və ləənəllahu mən qətələkə və zaəfə əleyhimul-əzabəl-əlim”.

 

[Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, ey sərvərimin oğlu olan sərvərim. Allahın lənəti olsun sənə zülm edən və səni qətlə yetirənlərə. Allah onların əzablarını artırsın].

 

 

14. Kərbəla şəhidlərinin ziyarəti:

 

 

“Əssəlamu əleykum əyyuhəs-siddiqun, əssəlamu əleykum əyyuhəş-şuhədaus-sabirun, əşhədu ənnəkum cahədtum fi səbilillah və səbərtum əlal-əza fi cənbillah və nəsəhtum lillahi və li rəsulih hətta ətakumul-yəqin. Əşhədu ənnəkum əhyaun ində Rabbikum turzəqun, fəcəzakumullahu ənil İslam və əhlihi əfzələ cəzail-muhsinin, və cəmə-ə bəynəna və bəynəkum fi məhəllin-nəim”.

 

 

[Salam olsun Sizə, ey ən düz danışanlar! Salam olsun Sizə, ey səbirli şəhidlər! Şahidəm ki, Siz Allah yolunda cihad etdiz, Allah yolunda əziyyətlərə səbr etdiz və ölüm Sizə üz tutmayınca Allaha və Peyğəmbərinə (s) yaxşılıq etdiz. Şahidəm ki, Siz dirisiz və Rəbbinizin hüzurunda Sizə ruzi əta olunur. Allah İslam və onun əhli adından xeyirxahların ən üstün mükafatını Sizə versin. Allah bizi və Sizi naz-nemət məskənində bir araya gətirsin].

 

 

15. Həzrət Əbəlfəzlin (ə) ziyarəti:

 

 

“Əssəlamu əleykə yəbnə Əmiril-mu-minin, əssəlamu əleykə əyyuhəl-əbdus-salih əl-muti-u lillah və lirəsulih. Əşhədu ənnəkə qəd cahədtə və nəsəhtə və səbərtə hətta ətakəl yəqin. Ləənallahu zaliminə ləkum minəl əvvəlinə vəl axirin və əl-həqəhum bi dərkil-cəhim”.

 

 

[Salam olsun sənə, ey Möminlər sərvərinin oğlu. Salam olsun sənə, ey Allaha və Peyğəmbərinə (s) itaət edən saleh bəndə! Şahidəm ki, ömür boуu ölənə qədər cihad etdin, xeyir iş gördün, nəsihət etdin və səbr etdin. Allah Sizə zülm edənlərin birincisindən axrıncısına qədər lənət etsin və onları cəhənnəmə bağlasın].

 

 

16. Cövşən-Kəbir duasını oxumaq.

 

 

17. Aşağıdakı duanı bir neçə dəfə oxumaq. Bu duanı 23-cü gecədə oxumaq xüsusilə tövsiyə olunur:

 

 

 

"Ya Rəbbə ləylətil-qədr və cailəha xəyrən min əlfi şəhr, və rəbbəl-leyli vən-nəhar, vəl-cibali vəl-bihar, vəz-zuləmi vəl-ənvar, vəl-ərzi vəs-səma! Ya Bariyu, ya Hənnanu, ya Mənnan! Ya Allahu, ya Rəhmanu, ya Allahu, ya Qəyyum, ya Allahu, ya Bədi! Ya Allahu, ya Allahu, ya Allah, ləkəl-əsmaul-husna, vəl-əmsalul-ulya, vəl-kibriyau vəl-ala! Əs-əlukə ən tusalliyə əla Muhəmmədin və ali-Muhəmməd, və ən təc-ələ ismi fi həzihil-leyləti fis-suəda, və ruhi məəş-şühəda, və ihsani fi illiyyin, və isaəti məğfurə, və ən təhəb li yəqinən tubaşiru  bihi qəlbi, və imanən yuzhibuş-şəkkə ənni, və turziyəni bimə qəsəmtə li, və atina fid-dunya həsənətən və fil-axirəti həsənətən və qina əzabən-nar, vərzuqni fiha zikrəkə və şükrəkə vər-rəğbətə iləyk vəl-inabətə vət-təubə, vət-təufiqə limə vəqəftə ləhu Muhəmmədən və ali-Muhəmməd əleyhimus-salam".

 

 

 

[Ey Qədr gecəsinin Rəbbi, ey bu gecəni min aydan xeyirli edən! Ey gecə ilə gündüzün, dağlarla dəryaların, zülmətlə işıqların, yerlə göyün Rəbbi! Ey Yaradan, ey dönüklərə belə bəxş edən,  ey ondan istəməyənə belə lütf edən! Ey Allah, ey Rəhman, ey Allah, ey Həmişəvar, ey Allah, ey  yoxdan yar edən! Ya Allah, ya Allah, ya Allah, ən gözəl adlar Sənindir, ən uca misallar Sənindir, böyüklük Sənə xasdır, nemətlər Səndəndir!  Səndən diləyirəm ki, Məhəmməd peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə) xeyir-bərəkət ver! Bu gecə mənim adımı xoşbəxtlərin siyahısına yaz, ruhumu şəhidlərin arasında qərar ver,  yaxşılıqlarımı ən uca bəndələrinin yaxşılığına qat, günahlarımı bağışla!  Qəlbimi sevindirən  yəqinlik, şəkk-şübhədən təmizləyən və qismətimdən razı salan iman lütf et mənə! Dünyada da, axirətdə də gözəllik və yaxşılıq əta et bizə, bizi atəşdən qoru! Bu gecə Səni yad etməyi, Sənə şükr etməyi, Sənə can atmağı, günahlardan peşman olmağı və tövbə etməyi mənə nəsib et! Məhəmməd peyğəmbəri (s) və onun Əhli-Beytini (ə) nəyə müvəffəq etmisənsə, məni də ona müvəffəq et! Allahın salamı olsun onlara!]

 

 

 

18. Aşağıdakı duanı oxuyaraq Allahdan ziyarət, uzun ömr və bol ruzi diləmək:

 

 

 

"Allahumməc-əl fimə təqzi və fimə tuqəddiru minəl-əmril-məhtum, və fimə təfruqu minəl-əmril-həkim fi leylətil-qədri minəl-qəzail-ləzi lə yurəddu və la yubəddəl,  ən təktubəni min huccəci beytikəl-həram fi ami haza əl-məbruri-həccəhum, əl-məşkuri səyuhum, əl-məğfuri zənbuhum, əl-mukəffər ənhum səyyiətəhum, vəc-əl fimə təqzi və tuqəddiru ən tutilə umri və tuvəssi-ə li fi rizqi".

 

 

 

[İlahi! Qəti qərarınla, dəyişilməz təqdirinlə, hikmətli qismətinlə Qədr gecəsində mənim taleyimə pozulmayan və dəyişilməyən yazı ilə yaz ki,  bu il Sənin müqəddəs evini ziyarət edim və həcci qəbul, səyi dəyərləndirilmiş, günahları bağışlanmış və pislikləri təmizlənmiş hacılardan olum. Qəti qərarınla və dəyişilməz təqdirinlə ömrümü uzun, ruzimi isə bol et].

 

 

 

19. Həzrət Mehdinin (ə) zühuru üçün bolluca dua etmək. Fərəc duasını çox oxumaq.

 

 

 

 

 

Qədr gecələrində başqa ibadət və xeyir işləri də görmək olar. Unutmayaq ki, Allah rizası üçün edilən ən sadə işlər belə ibadət sayılır. Allah dua və ibadətlərinizi qəbul etsin!

 

 

 

 

 

hacishahin.az