XƏBƏRLƏR

"Məhəbbət elçisi"nin təqdimatı keçirildi

27 Dekabr 2017 2647

Bu gün məşhur hind aktyoru Dharmendra Deol haqqında çəkilmiş "Məhəbbət elçisi" adlı sənədli filmin təqdimat mərasimi keçirilib. 

 

Pullman hotelində baş tutan mərasimə ziyalılar, millət vəkilləri, səfirlər və media nümayəndələri dəvət olunmuşdu. Tədbirdə ilahiyyatçı-alim hacı Şahin Həsənli də iştirak edib.

 

Qeyd edək ki, filmin direktoru Namiq Qurban Simsar.az-a müsahibəsində demişdi: "Filmin hazırlanmasında 14 ölkədə yaşayan müxtəlif xalqlardan olan yaradıcı insanlar kömək ediblər. Düşünürəm "Məhəbbət elçisi" filmində bəşəriyyət üçün önəmli mesajlar verilib".

 

Filmin əsas ideyası insanlar arasında olan etnik və dini fərqlərin məhəbbət vasitəsilə yaradıcılığa yönəlməsidir. 

 

hacishahin.az