XƏBƏRLƏR

Hacı Şahin Həsənlinin Hacıqabul səfəri

21 Fevral 2018 2042

Fevralın 21-i ilahiyyatçı hacı Şahin Həsənli xanım Fatimənin (s) anım mərasimində iştirak etmək üçün Hacıqabul rayonuna səfər edib. Tədbir  "Hacı Yədulla" məscidində keçirilib.

 

Rayonun tanınmış ağsaqqalı və din xadimi hacı Süleymanın qonaqları salamlamasından sonra məşhur qari hacı Ruslan Qasımov müqəddəs Qurani-Kərimin ayələrini tilavət edib. Daha sonra hacı Şahin Həsənli inanclılar qarşısında çıxış edib. Xanım Fatimənin (s) vilayət yolunda şəhid olduğunu qeyd edən ilahiyyatçı bildirib ki, vilayət bağlanmalı olan ən ali dəyərdir. Ş. Həsənli çıxışını Allah övliyasına itaət və onun müdafiəsinə həsr edib.

 

Məclisin davamında tanınmış Əhli-Beyt (ə) məddahı hacı Zahir Mirzəvi növhə və mərsiyələr oxuyub. Sonda xalqımızın rifahı, torpaqlarımızın qaytarılması və şəhidlərimizin ruhu üçün dualar oxunub.

 

hacishahin.az