XƏBƏRLƏR

Hacı Şahin Həsənli İmişliyə səfər edib

02 Aprel 2018 3107

Aprelin 1-i hacı Şahin Həsənli İmişli rayonuna səfər edib. Səfərdən məqsəd İmişli Cümə məscidində keçirilən həzrət Zeynəbin (s) şəhadət məclisində iştirak olub. 

  

Məclis məşhur Quran qarisi hacı Ruslan Qasımovun müqəddəs ayələrin tilavəti ilə başlayıb. Daha sonra məscidin imamı hacı Adıgözəl Bəşirov qonaqları salamayaraq çıxış üçün sözü hacı Şahin Həsənliyə verib. Tədbir tanınmış Əhli-Beyt (ə) məddahı Seyid Peyman Əsədovub növhə və mərsiyyələri ilə başa çatıb.

  

Qeyd edək ki, hacı Şahin Həsənli xanım Zeynəbin xütbəsi işığında Kufə cəmiyyətinin sosioloji və mənəvi durumunu təhlil edib. 

  

hacishahin.az