XƏBƏRLƏR

Nimeyi-şabanınız mübarək olsun!

01 May 2018 1183

"Müqəddəratımızın dəyişilməsi, günahlarımızın bağışlanması və dualarımızın qəbulu üçün ən təsirli gecələrdən biri - bərat gecəsi daxil olub. Eyni zamanda dövrümüzün imamı, bəşəriyyətin can atdığı xoşbəxtlik əsrinin qurucusu həzrət Mehdi Sahibəzzamanın (ə) mübarək mövlud gecəsidir. Hər birinizi bu munasibətlə təbrik edirəm!" 

 

Bu sözlərlə ilahiyyatçı hacı Şahin Həsənli sosial şəbəkələrdə nimeyi-şaban təbriki paylaşıb.  Onun sözlərinə görə, bu gecə bütün dualar eqoizmə köklənmiş,ayrı-seçkilik və ədalətsizliyə rəvac verən dünya düzəninin süqutu və insanlığın təntənəsinə həsr edilməlidir:

 

"Əsrlərlə yaşadılan, heç zaman sönməyən, əksinə günü gündən alışan ümidlərimizin tədricən gerçəkləşdiyini görürük. Allah bizi bu işıqlı gələcəyi arzulayan, onun üçün çalışan bəndələrindən etsin.Bütün peyğəmbərlər və ilahi övliyaların arzuladığı bəşəriyyətin həmin "qızıl dövrünü" görmək ümidi ilə...

 

Bir daha bayramınız mübarək olsun!"

 

 

hacishahin.az