Müsahibələr

"Koronavirusla mübarizədə ölən həkimlər şəhid sayılır”

18 Aprel 2020 781

Bir neçə gündür ki, koronavirusla mübarizə zamanı epidemiyaya yoluxaraq vəfat edən həkimlərə şəhid statusunun verilməsi mövzusu müzakirə olunur. Belə ki, insanların sağlamlığı üçün öz həyatlarını riskə atan həkimlərin şəhidlik mərtəbəsinə yüksəldiyi, onlara şəhidlik statusunun verilməsinin vacib olduğu bildirilir.


Musavat.com-a mövzu ilə bağlı danışan ilahiyyatçı Hacı Şahin bildirib ki, canını fəda edən şəxslər Allah qatında şəhid hesab edilir: 


Xalqı uğurunda fədakarlıq edənləristər düşmən ilə döyüşdə həlak olanları, istərsə də, insanların sağlamlığı üçün canını təhlükəyə atanları şəhid adlandırmaq olarŞəhidlik müqəddəs rütbədir. Təkcə düşmənlə döyüşdə həlak olanlara deyil, əgər insan Allah rızası üçün, təmənnasız xalqa xidmət edir və canını təhlükəyə atırsa, ona şəhidlik statusu verilə bilər. Həmin şəxslər Allah qatında şəhid mərtəbəsinə yüksələ bilər. Çünki hədislərdə elm uğurunda öldürülənlər də, doğuş zamanı dünyasını dəyişən analar da şəhid hesab olunur. Həkimlərimiz də insanların sağlamlığı yolunda canlarını fəda edirlərsə, şəhid sayılırlar”.


Hacı Şahin karantin günlərində insanlara evdə qalmağı məsləhət görüb: “Karantin dövründə əsas qayda özünü cəmiyyətdən təcrid etmək, sosial məsafəni gözləməkdir. Insanlar bacardıqları qədər bu qaydalara riayət etməlidirlər. Bu onların sağlamlığı üçün vacibdir. Bu tək qanun qarşısında deyil, Allah qarşısında da məsuliyyətdir. Dinimiz də bizə tövsiyə edir ki, ehtimal olunan ziyandan qorunmaq lazımdır. “Quran”da ayədə də qeyd olunub ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Belə bir şəraitdə tələblərə əməl edən insanlar həm özlərini, həm də cəmiyəti qorumuş olurlar, həm də karantin müddətinin azalmasına yardım edirlər. Ortada faciəvi bir şey yoxdur. Bəşər tarixində belə hallar olub, insanlar o günləri arxada qoyub. Qısa zamanda bu günlər də tarix olacaq, insanlar əvvəlki həyatlarına qayıdacaq. İndiki situasiyada ümidsizliyə qapılmamaq lazımdır. Gələcəyə ümidlə baxaraq karantin günlərini arxada qoya bilərik”.

 


hacishahin.az