Müsahibələr

"Qarabağ müharibəsi dini xarakter daşımır"

16 Oktyabr 2020 701

Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri bölgələrə baş çəkib əhali ilə tez-tez görüşdüyünü bildirən Bakıdakı “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin BBC müxbiri ilə söhbətində hazırkı Qarabağ müharibəsinin dini əsaslı olmadığını deyib.

 

Hacı Şahin bir dini xadim kimi Azərbaycanda öz mütərəqqi baxışları ilə tanınır, sosial şəbəkələrdə fəallıq göstərir – təkcə Facebook səhifəsinin 100 minə yaxın abunəçisi var, BBC News Rusca yazır.

 

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında gedən müharibə dini deyil, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılır. Lakin din, Hacı Şahinin fikrincə, müharibə vaxtı insanlara yardımçı olur: “Dinc insanlar ölür və bu halda insanlara təskinlik vermək gərəkdir, döyüşə gedən də Allaha güvənir”.

 

Onun sözlərinə görə, bir dini xadimin vəzifəsi bu zaman xalqla olmaq, onu təskinlik vermək, ruhlandırmaqdır. “İnanc öldürməyi qadağan edir, lakin Quranda bir müddəa var: Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun [Bəqərə surəsi, 190-cı ayə]. Dövlətin özünü müdafiəyə haqqı var və əgər düşmən işğalı və şiddəti davam edirsə, deyir – vuruş”, - o deyib.

 

Axund müsəlman ruhanilərdən kiminsə döyüşlər gedən bölgədə olub-olmamasına bələd deyil, BBC News Rusca yazır.

 

hacishahin.az