Müsahibələr

Həcc ziyarətləri başlaya bilər: Məscidlər nə vaxt açılır?

07 Mart 2021 915

“Hər bir halda yaxın gələcəkdə ciddi bir mənfi tendesiya olmayacaqsa, bu məsələdə məscidlərin acılması məsələsi də müzakirə oluna bilər”.

 


Bunu MediaBaku.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.



Onun sözlərinə görə, əgər məscidlərdə insanların müəyyən qaydalara riayət etmək şərti  ilə toplaşması mümkün olarsa ilk fürsətdə bu qərarı qəbul etmək məqsədə uyğun olar.



“Bəli, Həcc ziyarəti ilə bağlı belə bir qərarın  qəbul edildiyi bildirlir ki, insanlar peyvənd olunma şərti ilə ziyarətə gedə biləcəklər. Əlbbəttə bu barədə tam rəsmi heç bir qərar açılanmayıb, lakin bu barədə ehtimallar var və Azərbaycan tərəfi də bu barədə bildirişin gəlməsini gözləyir. Təbii ki, bildirişdən sonra müvafiq qərar qebul edilə bilər.

 

Azərbaycanda məscidlərin açılması ilə bağlı bunu demək istəyirəm ki, bunun həcc ziyarəti ilə bir o qədər də əlaqəsi yoxdur, çünki fərqli ölkələrdə epidemoloji vəziyyət fərqli olur və hər bir ölkədə yoluxma dinamikasından aslı olaraq müvafiq qərarlar qəbul olunur. Azərbaycanda hazırda yoluxma sayı çox deyil. Düzdür, az da olsa artım olur, lakin faciəli deyil. Hər bir halda yaxın gələcəkdə ciddi bir mənfi tendesiya olmayacaqsa, bu məsələdə məscidlərin acılması məsələsi də müzakirə oluna bilər. Qafqaz Müsəlmanları İdarəsi də bu məsələni mütəmadi olaraq müzakirə edir və müvafiq qurumlara müraciətlər olunur. Biz də düşünürük ki, əgər məscidlərdə insanların müəyyən qaydalara riayət etmək şərti  ilə toplaşması mümkün olarsa ilk fürsətdə bu qərarı qəbul etmək məqsədə uyğun olardı, çünki insanlar artıq uzun müddətdir məscidlərin, ziyarətgahların daxilində ibadət etməkdən məhrum olublar və inanclı insanlar da bu arzunu dilə gətirir ki, artıq məscidlərdə dini ayinlərin icra olunmasını arzulayırlar və biz də dini idarə olaraq bu məsələləri müzakirə edib müvafiq təkliflərimizi veririk. Düşünürü ki, ilk fürsətdə məscidlər açılsa yaxşı olar və əlbbəttə ki, bütün bu protokol qaydalarına riayət etməklə dini icmalar öz üzərinə götürməlidir və icmalar onu təmin etməlidir. Düşünürəm ki, icmaların da gücü çatar. Bu qaydalar məscidlərdə tətbiq edilə bilər. Ona görə də arzu ediri ki, çox yaxın gələcəkdə məscidlərlə bağlı məsələ müzakirə olunsun və bu barədə müsbət bir qərar qəbul edilsin”, - deyə H. Şahin qeyd edib.

 

 

hacishahin.az