Şuşada 29 il sonra Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınması müsəlman dünyası, inanclı insanlarımız üçün möhtəşəm bir hadisə idi. Erməni işğalçılarının illərlə ibadət evlərini dağıtması, donuz fermasına çevirməsi müsəlman dünyasının gözü qarşısında baş verən vandallıq idi. İndi torpaqların öz sahibinə qayıtması ilə həm də dini abidələr, məscidlər işğaldan azad edildi və xüsusilə Şuşa məscidində namaz qılınması bu mənada əlamətdar tarix sayılır. Bayram namazında Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin həyəcanlı çıxışı, bu ölkədə dini etiqad azadlığının olduğunu qeyd etməsi, müxtəlif dinlərin daşıyıcılarının Azərbaycanda əmin-amanlıq, sülh içində yaşadığını söyləməsi, tolerant, multukutural bir cəmiyyət olduğumuzu söyləməsi dünyaya və İslam aləminə önəmli ismarışlar idi. Bu gün MusavatTV-nin canlı yayınında aparıcı Emil Salamoğlunun qonağı Şuşada Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılan Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə Şuşada gördüklərini, hiss etdiklərini, İsrail-Fələstin məsələsində Azərbaycan cəmiyyətinin iki mövqeyə bölünməsini, eləcə də pandemiya dövründə məscidlərin bağlı qalmasını və digər məsələləri müzakirə olunub.
hacishahin.az