Sosial şəbəkələrdə bəzi istifadəçilər İmişli rayonunda 11 yaşlı uşağın zorlanma hadisəsinə dini don geyindirərək bunun dində normal qarşılandığına dair müxtəlif fikirlər səsləndirirlər.
Məsələ ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli Nmedia.az-a açıqlamasında bu kimi hadisələrin insanlığa zidd olduğunu bildirib:
"Heç bir din bu alçaqlığa dəstək verə bilməz. Bunun insanlıqla heç bir əlaqəsi yoxdur.
Atalığın öz həyat yoldaşının qızı ilə evlənməsini dinimiz ümumiyyətlə qadağan edir. Onlar bir-birinə evlilik barəsində heç vaxt məhrəm ola bilməzlər, bu, dində qadağandır. Bu insanlığa zidd əməldir".
Hacı Şahin Həsənli hüquq-mühafizə orqanları tərəfindən zorlama hadisəsində şübhəli bilinən Qurban Fərəcovun guya dindar olması, sosial şəbəkələrdə dini paylaşımlar etməsinə də münasibət bildirib:
"Kiminsə sosial şəbəkədə dini paylaşımlar etməsi onun dindar olmasına dəlalət etmir".
Hacı Şahin Həsənli bildirib ki, bu, qeyri-insani rəftar və zülmdür. Bu kimi insanlar həm dünyada, həm axirətdə ən ağır cəzaya layiqdir.
Mövzu ilə bağlı ilahiyyatçı İctimai TV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində də münasibət bildirib. Həmin fraqmentin videoyazısını oxucularımıza təqdim edirik:
hacishahin.az