Avqustun 4-ü Londonda Azərbaycanın Britaniyadakı səfirliyinə bir dəstə radikal tərəfindən hücum edilib. Məsələ ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli bir sıra media qurumlarına açıqlama verərək, qeyd olunan hücumu sərt şəkildə tənqid edib.
İTV-yə müsahibəsində ilahiyyatçı bildirib ki, bu təxribatçı hərəkətin İslam dini ilə heç bir əlaqəsi yoxdur:
“Özünü müsəlman adlandıran bir qrup şəxsin Azərbaycanın Londondakı səfirliyinə hücum etməsi birmənalı olaraq vandalizm aktıdır. Bu cür davranışların İslamla, uca dinimizlə heç bir əlaqəsi yoxdur, ola da bilməz”. Hacı Şahinin sözlərinə görə, bu, marginal bir qrupun törətdiyi təxribatdır: “Bu kimi hərəkətlərlə Azərbaycanın müsbət imicinə zərbə vurmaq məqsədi daşıyırlar. Bu qruplaşma özünə bir çox müsəlman ölkəsində tərəfdar toplamağa çalışıb, amma öz niyyətinə çata bilməyib. Azərbaycanda da bu kimi radikal qrupların olmaması belə insanları qəzəbləndirir. Bu qruplar bir sıra ölkələrin xüsusi xidmət orqanlarına tabe olub onların göstərişləri ilə hərəkət edirlər. Öz çirkin niyyətlərini din adıyla pərdələməyə çalışırlar. Bunların məqsədi müsəlmanlar arasında birliyə zərbə vurmaqdır. Bu qrupları heç bir məzhəbə aid etmək olmaz. Azərbaycan bayrağının dini şüarlarla təhqir edilməsinin təbii ki, İslamla heç bir əlaqəsi ola bilməz. Bu cür davranışlar əvvəlcədən iflasa məhkumdur. Bu cür davranışları birmənalı şəkildə qınayırıq. Özünü müsəlman sayan insalar bu davranışlara heç bir bəraət verə bilməz”.
"Bu, birbaşa müxtəlif dairələrin maraqlarını ifadə edən ağılsız davranışdır. Bu kimi davranışların İslamla heç bir əlaqəsi yoxdur. Bu kimi insanlar özlərini İslamın heç bir məzhəbinə aid edə bilməzlər. Bunlar qarşılarına cılız məqsəd qoymuş marginal qruplardır", -deyə Hacı Şahin Həsənli REAL TV-yə bildirib.
Baku TV-yə müsahibə verən Hacı Şahin Həsənli bu vandalizmin Azərbaycanda dini zəmində ixtilaf yaratmaq məqsədi güddüyünü deyib. Onun sözlərinə görə, bu cür marginal qrupların Azərbaycanda dayağı olmadığı üçün heç zaman məqsədlərinə çata bilməyəcəklər:
hacishahin.az