Müsahibələr

"İmam Hüseyn (ə) vəhdət rəmzidir"

19 Sentyabr 2018 1910

İlahiyyatçı Hacı Şahin Həsənli Səs TV internet kanalında yayımlanan "İslam həyatımızda" verilişinin qonağı olub. Proqram İmam Hüseyn (ə) və Kərbəla mövzusuna həsr olunub.

 

Ş. Həsənli bildirib ki, İmam Hüseynin (ə) şəxsiyyəti bütün müsəlmanlar üçün möhtərəm və əzizdir. Bu baxımdan Kərbəla hadisəsi də ayırıcı deyil, birləşdirici bir nöqtədir. İmam Hüseyn (ə) isə, vəhdət rəmzidir.

 

Kərbəla hadisəsinin səbəblərinə toxunan ilahiyyatçı qeyd edib ki, İmam (ə) özü qeyd etdiyi kimi qarışıqlıq yaratmaq üçün deyil, babası Peyğəmbərin (s) ümmətini islah etmək üçün mübarizəyə başlayır. Din adından speku

 

lyasiyalar edildiyi, dindən fərdi maraqlar üçün istifadə ounduğu bir dönəmdə İmam Hüseyn (ə) öz mövqeyini ortaya qoyur.

Yaxınları ilə birlikdə Mədinədən Məkkəyə gedən İmam Hüseynə (ə) qarşı Həcc əsnasında terror hücumu etmək istəyirlər. Allah evinin ehtiramı qorunsun deyə, İmam (ə) Həcci yarımçıq qoyub əhalisindən dəvət aldığı Kufə şəhərinə yola düşür. Lakin Kərbəla adlı yerdə mühasirəyə alınır və böyük müsibətlə yaxınları ilə birlikdə şəhadətə yetirilir.

  

İmam dəfələrlə bildrimişdi ki, onun hədəfi ixtilaf salmaq, savaş açmaq deyil və dəvət aldığı Kufəyə getməyə də bilər. Lakin dəvət məktubu yazan kufəlilər ona silah çəkirlər. İmam Hüseyn aldanmamışdır da, çünki əvvəlcədən Kufənin dönük çıxacağını və şəhid olacağını xəbər vermişdi. Sadəcə olaraq, həmin şəraitdə həmin məktublara cavab verilməsə idi, tarix onu qınayardı.

 

Verilişin tam versiyasını burada izləyə bilərsiz.

 

hacishahin.az