Müsahibələr

Münaqişə görüntrüsü yaratmaq istəyirlər

25 Mart 2019 1035

Bir müddət bundan öncə Yeni Zelandiyada məscidə edilən terror hücumunun ardınca ABŞ-ın San Dieqo şəhərindəki məscidə də od vurulub. Hadisə nəticəsində kimsə xəsarət almasa da, sübh namazı təxirə düşüb, hadisə eyrinə polis və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub. Xristian ölkələrində məscidlərə edilən məlum hücumların qarşısını almaq, bu cür olayların təkrarlanmasını önləmək üçün xristian din xadimlərinin yaşadıqları cəmiyyətdə geniş təbliğat və maarifləndirmə işi aparmasına ehtiyac varnı? Xristian din xadimlərinin məlum sahədəki aktivliyi bu sahədə vəziyyəti qismən də olsa dəyişə bilərmi?

 

Moderator.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli terrorçunun vətəninin olmadığını vurğulamaqla yanaşı, xristian din xadimlərinin maarifləndirici tədbirlər baxımından aktivliyinin də arzuedilən olduğunu qeyd edib:

 

“Bu hücumların, terror aktlaırnın hər hansı dinlə əlaqələndirilməsi yanlışdır. Biz həmişə qeyd etmişik ki, terror hər hansı bir dinə aid edilə bilməz. Terrorun dini və milliyyəti olmur. Son hadisələr də bunu göstərdi ki, “islam terrorizmi” adı ilə dövriyyəyə buraxılan ifadə kökündən yanlışdır. Bu, cəfəngiyyatdan başqa bir şey deyil.

 

Son dövrlərdə biz müsəlmanlara qarşı hücumların şahidiyik. Terrorun dini və milliyyəti olmasa da, terror hansısa dəyərlər sisteminin məhsuludur. Bəzən ifrat eqoizmin, mənfəətpərəstliyin həyat tərzinə çevrildiyi ölkələrdə insanların həyatı dəyər kəsab etmir və fərqli düşüncədə olan insanlara qarşı aqressiv münasibət sərgilənir.

 

Bütün din xadimləri, eləcə də xristian din xadimləri bu məsələdə ayıq-sayıq olmalıdır. Onlar bu hücumaları qətiyyətlə pisləməlidirlər. Necə ki, özünü müsəlman adlandıran terrorçular hər hansı bir terror aktı törədəndə müsəlman din xadimləri bu addımları qətiyyətlə pisləyib. İndi də analoji addım xristian din xadimləri tərəfindən atılmalıdır.

 

Amma mən bu hadisələri heç bir vəcdlə xristian dininə aid etmək istəmirəm. Bu, kökündən yanlış olar. Sadəcə, sanki kimlərsə xristianlarla müsəlmanlar arasında süni şəkildə qarşıdurma yaratmaq istəyir. Yaxud belə bir qarşıdurma görüntüsü yaratmağa səy edir. Sivilizasiyalar toqquşması görüntüsü yaratmağa çalışırlar. Bu, təhlükəli tendensiyaya çevrilə bilər. Xristinalıqla İslam arasıdna hər hansı qarşıdurma yoxdur. Kimsə belə bir görüntü formalaşdırmağa çalışırsa, onun bu addımı siyasi məqsədlər daşıyır”.

 

 hacıshahin.az