ŞEİRLƏR

Əlhəzər ol dəmidən...

21 Noyabr 2019 6130

Əlhəzər ol dəmidən bərpa ola divani-eşq,

Bəzmi-eyş içrə qura məstanələr mizani-eşq.

 

 

Məst olan biçarədən aldım sorağın, söylədi,

Məscidü-minbər deyil, meyxanədir ünvani-eşq.

 

 

Eşqdən fərman alanlar, can verər cananına,

Qətli-nəfs olmuş əzəldən ta əbəd fərmani-eşq.

 

 

Qafilin təlx olsa ömrü həqqə üsyan eyləyər,

Başu-canından keçər ah eyləməz qurbani-eşq.

 

 

Eşqi izhar eyləmək biganəyə eyb olsa da,

Məşuqa etsəm nə eybi, ey könül, elani-eşq.

 

 

Eşq dərdindən usandım, dərdə dərman istədim,

Söylədi dərdü-ələmdir dilbərim, dərmani-eşq.

 

 

Ayrılıq dəmində gərçi munisi-qəm olmusan,

Vəsli-canan ilə bitməz, sanma ki, hicrani-eşq.

 

 

Hacı Şahin Həsənli

 

Bakı, 2014