"Dərdin mənə gəlsin",-dedin,
Nə işin var, gəlməsin, qoy.
Üzə çıxsa, görən olar,
Qonum-qonşu bilməsin, qoy.
Bu dünyada tək yükümdür,
Çox görmə onu da mənə.
Gücün çatmaz, dağıdarsan,
Dərd etmə bunu da mənə.
Yox! Rəva bilmirəm sənə,
Qoy qəmim özümdə qalsın.
Cığır açıb ürəyimdən,
Süzülüb gözümdə qalsın...
Hacı Şahin Həsənli
Bakı, 2019