ŞEİRLƏR

Çıxar əğyarı mülkündən...

21 Noyabr 2019 6086

Çıxar əğyarı mülkündən ki, ərşi-laməkan olsun,

Cəmalın seyr edib yarın, könül qərqi-fəğan olsun.

 

O qədri atəşi-qəmdə könül yansın, olub bitab

Ki, əfqan etməyə zəfi-halından natəvan olsun.

 

Rəvadırmı, dili-zarım, pərişan halını görcək

Fəhm qılsın yetən qafil, cahan içrə bəyan olsun.

 

Qəmim izhar qılma aşinayə, çün dəva qılmaz,

Nə hacət, binəva könlüm, bu sirr xəlqə əyan olsun.

 

Əgər tab etməsə qəlbim cəzə etsə qəm ahindən,

Görüm viran olub yurdu, onu bixanəman olsun.

 

 

Hacı Şahin Həsənli

 

Bakı, 2018