Bu gün Bakının Nəsimi rayonunda hərbi xidmətə yola düşən gənclər üçün təntənəli tədbir keçirilib. "Şərq sarayı" restoranının böyük salonunda təşkil olunan tədbirə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi xidmətə yola salınan gənclər və onların valideynləri də qatılıb. İlahiyyatçı-alim, Məşədi Dadaş mescidinin imam-camaatı hacı Şahin Həsənli də tədbirdə iştirak edib.
Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında dövlət himni ilə başlayan tədbirdə məktəblilərin hazırladığı bədii kompazisiya nümayiş etdirilib. Daha sonra gələcək əsgərlər Azərbaycan bayrağını öpərək müqqədəs Quranın altınan keçib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nəsimi rayon idarəsinin rəisi Eldəniz Əliyev, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış ediblər.
hacishahin.az