XƏBƏRLƏR

Şəhidlər sübut etdi ki... - Bayram təbriki

10 İyul 2022 422

İlahiyyatçı Hacı Şahin Həsənli Qurban bayramı ilə bağlı təbrik paylaşıb:

 

"Bir insanın xoşbəxtliyi sonsuz sevgiyə qərq olmasından keçir. Bunun üçün isə o, azadlığını əngəlləyən bütün bağlardan qurtulmalı, qəlbini mütləq sevgi və qüdrət mənşəyi olan Allaha açmalıdır. Büt olan qəlbdə Allaha yer olmaz. Bütün maddi və mənəvi nemətlər öz-özlüyündə hədəfə çevirildikdə bütə çevirilir. Rifah, elm, əxlaq, ibadət, rahatlıq və s. yaradılışın hədəfinə xidmət etdikdə insanı xoşbəxt edə bilər. Əks təqdirdə müsbət dəyərlər belə tənəzzülə səbəb olacaq.

 

Həzrət İbrahim (ə) qurbangahda bu dərsi bizə verdi. İnsanlıq pislikdən qorunmaq üçün deyil, yaxşını daha yaxşıya qurban gətirmək üçün yaranıb. Bu bir mədəniyyətə çevirildikdə insanlıq bayramını yaşayacaq. Əziz şəhidlərimiz bunun mümkünlüyünü sübut etdi. Onlar ən böyük neməti - müqəddəs canlarını qurbangaha gətirərək xalqın xoşbəxtliyi üçün fəda etdilər. Ona görə üzümüzə gələn hər yeni bayrama, hər sevincə, hər uğura görə onlara borcluyuq.

 

Qurban bayramınız mübarək!"

 

hacishahin.az